Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Rektorun qızını döyən qardaşlardan biri həbs edildi

 

Bu gün Bakı Apelyasiya Məhkəməsində Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayevanın döyülməsində təqsirləndirilən Məmmədov qardaşları ilə bağlı prokurorluğun verdiyi apelyasiya protestinə baxılıb.

"Xeberinfo.com":  Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən iclasda Zaur Məmmədov barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

Digər qardaş – Elin Məmmədovla bağlı isə birinci instansiya məhkəməsinin qərarı qüvvədə qalıb.

İnarə Rafiqqızı

Virtualaz.org

*      *       * 11:11

Bu gün Bakı Apelyasiya Məhkəməsində Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayevanın döyülməsində təqsirləndirilən şəxslərlə bağlı prokurorluğun verdiyi apellyasiya protestinə baxılır.

APA-nın məlumatına görə, hakim Sahibxan Mirzəyevin sədrlik etdiyi iclasda təqsirləndirilən Zaur və Elin Məmmədovlar da iştirak edir.

Qeyd edək ki, dünən protestin baxılmasına başlanıb və iclas bu günə təxirə salınıb.

Təqsirləndirilən Zaur və Elin Məmmədovların anası Gülnarə Məmmədova prosesdən sonra jurnalistlərə açıqlamasında qadının döyülməsini özündə əks etdirən videogörüntülərə baxdığını, lakin həmin görüntülərdəki şəxslərin onun övladları olmadığını deyib: “Həmin görüntülərdə heç kimin üzü görünmür. Həmçinin maşının nömrəsi də düşməyib. Mən Ülkər İsayeva adlı qadın tanımıram. Oğlanlarımın da həmin qadınla münasibətlərinin olması barədə xəbərim yoxdur. Mətbuatda bizim bahalı avtomobilimizin olması barədə məlumatlar yayılıb. Qeyd edirəm ki, həmin avtomobil bahalı deyil”.

Qeyd edək ki, H.İsaxanlının qızı Ülkər İsayeva 9 mart 2015-ci il tarixində Bakı şəhərində, Azadlıq prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində iki qardaş tərəfindən fiziki işgəncəyə məruz qalıb. Baş vermiş hadisə ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və prokurorluq iş üzrə təqsirləndirilən Məmmədov Zaur Muxtar oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəməyə müraciət edib. Lakin Xətai rayon Məhkəməsinin hakimi Raziyə Ataşova prokurorluğun vəsatətini təmin etməyib.

Həmin qərardan isə Bakı Şəhər Prokurorluğu tərəfindən apelyasiya protesti verilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam