Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Döyülən rektor qızı ölkəni tərk etdi – FOTOLAR

1451803302

 

Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayeva Azərbaycanı tərk edib. 

 

Xeberinfo.com:  Məlumata görə, o, Türkiyəyə köçüb. Ülkər İsayeva İstanbuldakı Koç Universitetində həm təhsil alır, həm də çalışır. Hamlet İsaxanlının qızı övladı Cananı da özü ilə Türkiyəyə aparıb.
Qeyd edək ki, Ülkər İsayeva Türkiyə və Amerikada də psixologiya üzrə təhsil alıb, magistraturanı isə İngiltərədə oxuyub. Təhsili başa vurduqdan sonra 7 il Azərbaycanda yaşayıb. O, atasının təsisçisi olduğu Xəzər Universitetində İnsan Resusları Departamentinin direktoru çalışıb, həmçinin, universitetdə müəllimlik də edib.
Xatırladaq ki, Ülkər İsayeva ötən il martın 9-da Zaur və Elin Məmmədov qardaşları tərəfindən döyülüb. Hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Nəticədə Zaur Məmmədovun barəsində həbs qəti-imkan tədbiri, Elin Məmmədovun barəsində başqa yerə getməmək barədə qəti-imkan tədbiri seçilib.
Səbail rayon Məhkəməsinin hökmü ilə Zaur Məmmədov 11 ay 9 gün, Elin Məmmədov 7 ay 24 gün müddətinə islah işləri cəzasına məhkum ediliblər. Məhkəmə onların hər birinin aylıq qazancının 20 faizinin tutulması barədə də qərar qəbul edib.
1aa
2aa
3aa


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam