Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Baş Prokurorluqdan rektorun qızının döyülməsi ilə bağlı açıqlama

 

Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayevanın döyülməsilə bağlı fərqli versiyalar irəli sürülür

"Xeberinfo.com":  Məlumata görə, Universitetin rektoru Hamlet İsaxanlı qızının döyüldüyünü inkar etsə də, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Modern.az-a açıqlamasında faktı təsdiqləyib: “Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 222.2.1-ci maddəsi ilə cinayət işi başlanıb və istintaq aparılır. Martın 14-də hadisəni törətməkdə şübhəli bilinən şəxsə həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilib”.
Eldar Sultanovun sözlərinə görə, rektorun qızının döyülməsində təqsirkar bilinən hər iki şəxs barəsində martın 14-də Bakı Şəhər Prokurorluğu tərəfindən həbs qətimkan tədbiri seçilməsi üçün Xətai Rayon Məhkəməsinə təqdimat verilib: “Lakin Xətai Rayon Məhkəməsinin hakimi Raziyə Ataşovanın çıxardığı qərara əsasən iki şəxs - Zaur və Elin Məmmədov qardaşları məhkəmə zalından azad ediliblər”. 
Prokurorluq rəsmisi bildirib ki, Xətai Rayon Məhkəməsinin həmin qərarından Bakı Şəhər Prokurorluğu apelyasiya protesti verib: “Həmin protestə bu gün Bakı Apelyasiya Məhkəməsində baxılacaq”.
Xəzər Universitetinin rektorunun qızı Ülkər İsayeva martın 3-də Bakı şəhəri Səbail rayonu Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində iki qardaş tərəfindən döyülərək fiziki işgəncəyə məruz qalıb. Hadisə barədə ilk məlumatı Musavat.com saytı yayıb.
Bakı şəhəri Baş Polis İdarəsinin istintaq və təhqiqat idarəsinin ağır cinayətlərin istintaqı şöbəsinin xüsusi ilə mühüm işlər üzrə baş müstəntiqi polis  polkovnik- leytenantı Yasin Mikayıllının 14 mart 2015-ci il tarixli vəsatəti əsasında ibtidai araşdırmaya prosessual rəhbərlik həyata keçirən Bakı şəhər prokurorluğunun müavini baş ədliyyə müşaviri Azər Əsgərov eyni tarixli təqdimatla məhkəməyə müraciət edərək Cinayət Məcəlləsinin 222.2.1-ci maddəsi ilə təqsirləndirən şəxs qismində cəlb edilmiş Zaur Məmmədov barəsində həbs qəti imkan tədbirinin seçilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edib.
Daxil olan məlumata əsasən bildirilir  ki, Zaur Məmmədov martın 9-da, saat 04:25 radələrində qardaşı Elin Məmmədovla bir qrup şəxs halında  sərxoş vəziyyətdə ictimai yerdə, Bakı şəhəri Səbail rayonu  Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində heç bir səbəb olmadan tanışları İsayeva Ülkər Hamlet qızını idarə etdikləri  90 KU 050 dövlət nömrə nişanlı “BENTLEY”  markalı avtomobildən  zorla çəkib çıxarmaqla yerlə sürüyərək, əl və ayaqla  zərbələr endiriblər. Hadisəni görən vətəndaşların müdaxiləsindən sonra  Ülkər İsayeva taksiyə əyləşərək hadisə yerindən uzaqlaşmaq istəyən zaman, ona imkan verməyərək zorla  taksi maşınından düşürdülərək yerlə sürülmüş, təkrarən əl və ayaqla zərbələr yetiriblər. Bu zaman vətəndaşların müdaxiləsindən sonra  Ü.İsayevaya təkrar təzyiq göstərilərək “Bentley” markalı  minik avtomobilinə otuzdurularaq fiziki təzyiqə məruz qalıb.
Adıçəkilən hüquq mühafizə orqanlarında, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hadisəsi ilə müşayiət edilən hərəkətlər  üzrə istintaq aparılaraq martın 12-də Zaur Məmmədov barəsində Cinayət Məcəlləsinin 221.2.1  maddəsində nəzərdə tutulan cinayət əməlini törədib, o həmin gün şübhəli şəxs qismində tutulub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam