Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Orduya gəncləri cəlb etmək üçün -erməni qızlarından istifadə olunur

Orduya gəncləri cəlb etmək üçün erməni qızlarından istifadə olunur

Ermənistan silahlı qüvvələri hərbçi qıtlığını qadınların hesabına aradan qaldırmağa çalışır.

Yenixeber.org: “news.am” xəbər verir ki, Ermənistan müdafiə nazirliyinin sözçüsü Arsurun Ovannisyan qadınların ordu sıralarına qoşulmaq istəyi ilə bağlı məsələni “Facebook” səhifəsində yazıb.

O, erməni qadınlarının ordu sıralarına qoşulmasına “Aslanın erkəyi-dişisi olmaz” kimi müxtəlif bəlağətli ifadələrlə don geyindirməyə səy göstərib.

Əslində, bu, Ermənistan ordusunda hərbçi qıtlığının göstəricisini aradan qaldırmaq üçün atılan addımdır. Bu ölkənin vətəndaşları öz övladlarını onlara aid olmayan torpaqlarda gedən döyüşə göndərmək istəmir. Ermənistanın Qarabağa yerləşdirdiyi terrorçu və muzdlular döyüş meydanında canlı qüvvə çatışmazlığını aradan qaldıra bilmir.

Ona görə də Ermənistanın təbliğat maşını yeni varianata əl atıb. Ermənistan cəmiyyətində müharibəyə getməyi şərəfləndirmək üçün guya qadınların, qızların könüllü olaraq döyüşə qatılmaq istədikləri təbliğ edilir. Ovannisyanın paylaşımı da buna xidmət edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam