Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Nazir bu məktəb direktorlarına töhmət verdi –SİYAHI

Təhsil Nazirliyi 23 sentyabr tarixindən etibarən ölkə ərazisində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində monitorinq keçirir. Məqsəd Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın tələblərinə əməl olunması vəziyyətinin yoxlanılmasıdır.

Yenixeber.org: Nazirlikən verilən məlumata görə bu günədək 18-i özəl, 73-ü dövlət ümumi təhsil müəssisələri olmaqla, Bakı  və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda fəaliyyət göstərən (məcburi köçkün məktəbləri daxil olmaqla) ümumilikdə 91 məktəbdə monitorinq aparılıb.

Monitorinqin nəticələrinin təhlili göstərir ki, yoxlama aparılmış məktəblərdə əsas qayda pozuntuları müəssisəyə daxil olan şəxslərin müvafiq qaydada hərarətinin ölçülməməsi, müəssisədə müvafiq standartlara cavab verən xüsusi karantin otağının mövcud olmaması, həmçinin sanitar qovşaqlarda maarifləndirici poster və xəbərdaredici nişanların yerləşdirilməməsi ilə bağlıdır.

Aşkar olunmuş qayda pozuntularının sayı və ciddiyyəti nəzərə alınmaqla, 67 dövlət ümumi təhsil müəssisəsi ilə bağlı müvafiq tədbirlər görülüb və nöqsanların aradan qaldırılması üçün onlara vaxt verilib. Bakı şəhərinin 223, 321, 326, 294, 109, 305, 144, 328, 80, 291 nömrəli ümumi təhsil müəssisələrinin, eləcə də Bakı, Sumqayıt və Abşeronda yerləşən Zəngilan rayonu 32, Şuşa rayonu 7 və 9 nömrəli, Kəlbəcər rayonu 13 nömrəli tam orta, Laçın rayonu Biləcəri ümumi orta məktəbi və 10 nömrəli tam orta məktəblərin direktorlarına töhmət verilib, 51 təhsil müəssisəsinin direktoruna isə xəbərdarlıq edilib. Qeyd edək ki, verilmiş vaxt bitdikdən sonra həmin müəssisələrdə təkrar monitorinq keçirilməsi nəzərdə tutulur.

Bununla yanaşı, Bakı şəhəri 245, 239, 27, 211 nömrəli, Şuşa şəhər 3 nömrəli tam orta məktəblərin və Sumqayıt şəhər inteqrasiya təlimli internat məktəbinin qaydalara düzgün əməl edilməsi müəyyən olunub.

Eyni zamanda qayda pozuntuları aşkar olunmuş özəl təhsil müəssisələri ilə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.

Monitorinqin növbəti günlərdə də davam etdirilərək, qeyd olunan bölgələrlə yanaşı, ölkəmizin müxtəlif regionlarında yerləşən və təsadüfi seçim əsasında müəyyən edilmiş digər məktəblərdə də həyata keçirilməsi planlaşdırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam