Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ermənilər -BTC kəmərini "Smerç"lə vurmaq istəyib

Ermənilər BTC kəmərini Smerçlə vurmaq istəyib

 

Cəbhədə şiddətli döyüşlər davam edir.

Yenixeber.org: Bu barədə cəbhə bölgəsinə ezam olunan əməkdaşımız xəbər verir.

Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə işğalçı ölkənin silahlı qüvvələri oktyabrın 6-sı saat 21 radələrində regionun ən böyük strateji layihəsi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tblisi-Ceyhan neft kəmərini hədəfə almaqla kəmərin Yevlax rayon ərazisindən keçən hissəsinə raket zərbələri endirsə də, Ordumuzun qətiyyətli tədbirləri nəticəsində həmin terror cəhdinin qarşısı alınıb.

Düşmənin atdığı raket kəmərin 10 metrliyinə düşüb.

Hadisə barədə "Report"un əməkdaşına Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşı Qadir Namazəliyev bildirib ki, düşmənin atdığı raket "Smerç" tiplidir:

"Onun içərisində 300 ədəd bombacıq olur. Bunun 56 ədədi tam təhlükəlidir, yerində qalıb və yerində partlatmaq yolu ilə məhv ediləcək. Bombacığın 2-si düşüb partlayıb. 242 ədədi isə təhlükəsiz olduğu üçün daşınıb, paliqonda partlayış yolu ilə məhv ediləcək".

Hazırda Agentlik əməkdaşları tərəfindən ətrafda əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Video: Mircavid Eminoğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam