Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ermənistanın təxribatı nəticəsində -Azərbaycan əsgəri yaralanıb

Ermənistanın təxribatı nəticəsində Azərbaycan əsgəri yaralanıb

Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu xəsarət alıb.

Yenixeber.org: Hadisə Tovuz rayonun Ağdam kəndi ərazisində yerləşən döyüş postunda baş verib.

Azərbaycan Baş Prokurorluğundan bildirilib ki, təcavüzkar əməllərini həyata keçirməklə, sülh və insanlıq əleyhinə olan cinayətlər törətməyi davam etdirən Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi növbəti dəfə pozularaq 20 sentyabr 2020-ci il tarixdə saat 17 radələrində Tovuz rayonu, Ağdam kəndi ərazisində yerləşən döyüş postuna odlu silahdan atəş açılıb.

Nəticədə əsgər Qurbanov Qurban Azad oğlu sağ çiyin nahiyəsinin kor qəlpə yarası xəsarəti alıb.

Faktla bağlı Şəmkir hərbi prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma) və 29, 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd)  maddəsi ilə cinayət işi başlanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam