Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Erməni diversantı həbs edildi

 

Azərbaycan Hərbi Prokurorluğu Arsen Baqdasaryanın cinayət işi barədə məlumat yayıb.

Ötən ilin sonlarında Azərbaycan əsgərləri tərəfindən yaxalanan erməni kəşfiyyat-təxribat qrupunun üzvü barədə həbs qətimkan tədbiri seçilib
 
"Xeberinfo.com":  Azərbaycan Respublikası Hərbi Prokurorluğundan verilən məlumata görə 2014-cü il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü, peşəkar hərbi qulluqçu Baqdasaryan Arsen Eduardoviç Azərbaycan hərbi qulluqçuları tərəfindən yaxalanıb. Həmin fakt üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.7., 29,120.2.12. və 29,282.2-ci maddələri ilə cinayət işi başlanıb.
İstintaqla müəyyən edilib ki, Ermənistanda xüsusi təlim keçən A. E. Baqdasaryan Ermənistan Respublikası tərəfindən qanunsuz olaraq Azərbaycan Respublikasının işğal altında saxlanılan Ağdərə rayonu ərazisində yerləşdirilən silahlı cinayətkar birliyin tərkib hissəsi olan 49971 saylı hərbi hissədə müqavilə əsasında baş çavuş hərbi rütbəsində kəşfiyyat bölüyünün 1-ci tağım komandiri vəzifəsində fəaliyyət göstərib. O, birliyin rəhbəri – hərbi hissə komandirindən (adı istintaqa bəllidir) Azərbaycan Respublikasının vətəndaşlarını milli ədavət və düşmənçilik niyyəti ilə qəsdən öldürmək, Azərbaycanın müdafiə qabiliyyətini zəiflətmək məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müdafiə mövqelərinə tərəf keçib səngərlərdə partlayışlar törətmək üçün mina basdırılması barədə göstəriş alıb. Bu məqsədlə A. E. Baqdasaryan cinayətkar birliyin digər üzvləri (onların ad-familiyası istintaqa bəllidir) ilə birlikdə 26 dekabr 2014-cü il tarixdə saat 15 radələrində qoşunların təmas xəttini gizli olaraq keçib, Azərbaycan Silahlı Qüvvələrinin müdafiə mövqelərində özləri ilə götürdükləri 7 ədəd “fuqas” tipli piyada əleyhinə minalardan 3 ədədini Azərbaycan hərbi qulluqçularının daha çox gedib-gəldiyi səngər yollarında basdırdıqdan sonra geri qayıtmaq istəyərkən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının sayıqlığı nəticəsində tutulub və onun tərəfindən basdırılmış minalar zərərsizləşdirilib. 
Iş üzrə zəruri istintaq hərəkətləri aparılaraq hadisə yerinə, habelə A.E.Baqdasaryanın üzərindən götürülmüş bıçağa və digər əşyalara, eləcə də onun torpağa basdırdığı minalardan birinə, həmçinin digər iki ədəd minanın partladılmaqla zərərsizləşdirildiyi yerə baxış keçirilməklə, məhkəmə-tibbi, kompleks məhkəmə psixiatrik və psixoloji, məhkəmə partlayış-texniki və s. ekspertizaları təyin olunub və şahidlər dindirilib.
Törətdiyi cinayətlərə görə A. E. Baqdasaryana Azərbaycan Respublikası CM-nin 218.2., (Cinayətkar birlik - təşkilatda iştirak etmə) 29,120.2.1., (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik – təşkilat tərəfindən qəsdən adam öldürməyə cəhd etmə) 29,120.2.7. (iki və daha çox şəxsi qəsdən öldürməyə cəhd etmə) 29,120.2.12., (milli, irqi, dini, ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd etmə) və 29,282.2-ci (Təxribat, yəni mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə müəssisələrin, qurğuların, yolların, əlaqə və rabitə vasitələrinin, əhalinin həyat təminatı obyektlərinin, dağıdılmasına, yaxud zədələnməsinə yönəldilən partlayışlar, yanğınlar və sair hərəkətlər törətməyə cəhd) maddələri ilə ittiham elan olunub və barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. 
Hal-hazırda Respublika Hərbi Prokurorluğunda iş üzrə ibtidai araşdırma davam etdirilir, nəticəsindən asılı olaraq qanuni tədbir görüləcək.(azvision.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam