Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

DİM -imtahan keçirir

DİM imtahan keçirir
Bu gün rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək.
Yenixeber.org: Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahan Bakı şəhərində 2, Naxçıvan şəhərində 1 binada keçiriləcək və saat 15:00-da başlanacaq. İmtahan 2 saat 30 dəqiqə davam edəcək.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 14:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini, “İmtahana buraxılış vərəqəsi”ni və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

“İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” namizədin özü tərəfindən imzalanır. Bəyannamə zal nəzarətçisinə təhvil verildiyi üçün ayrıca vərəqdə çap olunmalıdır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədi ilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Xatırladaq ki, imtahanın II mərhələsində iştirak etmək üçün 601 namizəd qeydiyyatdan keçib. Onlardan 415 nəfəri qız, 186 nəfəri oğlandır. 562 namizəd Azərbaycan bölməsinin, 39 namizəd rus bölməsinin, 280 namizəd cari ilin, 321 namizəd isə əvvəlki illərin məzunudur, 4 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 583, Naxçıvan şəhərində isə 18 namizədin imtahan verəcəyi gözlənilir.

İmtahanların idarə olunması üçün 7 imtahan rəhbəri, 67 zal nəzarətçisi ayrılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam