Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Fransanın mərkəz sədri -Ermənistanın qanunsuz məskunlaşdırma siyasətini pisləyib

Fransanın mərkəz sədri Ermənistanın qanunsuz məskunlaşdırma siyasətini pisləyib

“Ermənistanın Dağlıq Qarabağda apardığı qeyri-qanuni məskunlaşdırma siyasəti yolverilməzdir“.

Yenixeber.org: Bunu Parisdə fəaliyyət göstərən Strateji Təhlil və Geosiyasi Tədqiqatlar Mərkəzinin sədri Naim Asas bildirib.

O, Azərbaycana məxsus qədim Şuşa şəhərinin etnik təmizləmənin qurbanı olduğunu bildirib: “Hazırda erməni işğalı altında olan Şuşa tarixən bir sıra mədəniyyətlərin, habelə Azərbaycan və erməni mədəniyyətlərinin bir araya gəldiyi multikultural şəhər olub. İstər tarixə, istərsə də beynəlxalq hüququn qanunlarına əsasən Şuşa şəhəri Azərbaycana məxsusdur. BMT-nin qətnamələri Şuşa şəhəri də daxil olmaqla Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu təsdiq edib. Lakin bu şəhər etnik təmizləmənin qurbanına çevrilib. Vaxtilə Şuşanın əhalisinin 91 faizi azərbaycanlılardan ibarət olsa belə erməni işğalı nəticəsində azərbaycanlılar doğma yerlərindən didərgin salınıb, evləri yandırılıb“. 

N.Asas Ermənistanın Şuşadakı etnik təmizləmə siyasətinin davamı olaraq bu gün qeyri-qanuni məskunlaşdırma apardığını bildirib: “Bu gün ATƏT-in Minsk qrupunun tərkibində sülhün təmin olunmasından danışan Ermənistan Suriyada, Livanda baş verənlərdən istifadə edərək o ölkələrin vətəndaşı olan erməni mənşəli ailələri işğal etdiyi Azərbaycan torpqalarında məskunlaşdırır. Ermənistan Şuşa şəhərində kəndlər salır, onlara erməni adları verir. Bütün bunlar üçün ABŞ-dakı fondlar tərəfindən maliyyə dəstəyi ayrılır. Bununla bağlı baş verənlər bizdə belə bir fikir yaradır ki, Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək məqsədi güdür“. 

 

 Naim Asas
 Naim Asas

 




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam