Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Prezident -Albert Aqarunovun adını daşıyan məktəbin açılışında -YENİLƏNDİ

Prezident Aqarunovun adını daşıyan məktəbin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində Milli Qəhrəman Albert Aqarunovun adını daşıyan 154 nömrəli məktəbin yeni binasının açılışında iştirak edib.

Yenixeber.org: Dövlət başçısı Milli Qəhrəman, cəsur tankçı Albert Aqarunovun məktəbin həyətindəki büstünün önünə gül dəstəsi qoyub.

Məktəbdə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevə bu təhsil ocağı haqqında məlumat verilib.

Bildirilib ki, məktəbin əvvəlki binası 1936-cı ildə inşa edilib. Məktəbin 460 şagird yerlik binasında 22 sinif otağı var idi. Məktəbin binası yararsız vəziyyətdə olduğundan sökülərək yerində 58 sinif otağından ibarət 960 şagird yerlik müasir bina inşa olunub və yeni dərs ilində şagirdlərin istifadəsinə veriləcək.

Məktəbdə tikinti işləri 2019-cu ilin aprelində başlayıb və bu ilin avqust ayında başa çatdırılıb. Yeni binada sinif otaqları ilə yanaşı, kimya, fizika laboratoriyaları, informatika kabineti, kitabxana, bufet və idman zalı var. Yeni təhsil ocağında şagirdlərin təlim-tərbiyəsi ilə 52 nəfərdən ibarət pedaqoji heyət məşğul olacaq. Sinif otaqları və laboratoriyalar müasir zəruri avadanlıqlarla təchiz olunub. Məktəbin həyətində geniş abadlıq işləri aparılıb.

Qeyd edək ki, bu təhsil ocağının şərəfli həyat yolu hər bir məktəbli üçün nümunə olan Albert Aqarunovun adını daşıması gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işində mühüm rola malikdir.

13.01

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində Milli Qəhrəman Albert Aqarunovun adını daşıyan 154 nömrəli məktəbin yeni binasının açılışında iştirak edib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.


Prezident Albert Aqarunovun adını daşıyan məktəbin açılışında
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində Milli Qəhrəman Albert Aqarunovun adını daşıyan 154 nömrəli məktəbin yeni binasının açılışında iştirak edib.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Xəbər yenilənəcək...

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam