Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rayonlara gediş-gəliş -bərpa olundu

Rayonlara gediş-gəliş bərpa olundu

Ölkədə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində və vətəndaşların məsuliyyətli davranışı sayəsində koronavirus (COVİD -19) infeksiyasının yayılması məhdudlaşdırılıb, yoluxma hallarının sayında azalmaya nail olunub.  

Yenixeber.org: Bu gündən ölkə ərazisində növbəti yumşalma tədbirlərinin tətbiqinə başlanılıb.

Sentyabrın 7-dən 8-nə keçən gecədən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb, şəhərlərarası və rayonlararası sərnişindaşıma hələ ki, fərdi avtomobillərlə, taksilərlə həyata keçirilir.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, inzibati ərazi sərhədlərində yerləşən xüsusi karantin postlarında əvvəlki kimi xidmət olmayacaq.

Postlarda bütün nəqliyyat vasitələrinin saxlanılması, piyada gedən insanların yoxlanılması həyata keçirilməyəcək. Xüsusi karantin postları stasionar postlar olmasalar da, orada olan müəyyən avadanlıqlar yerində qalacaq.

Qeyd edək ki, avqustun 5-dən başlayaraq sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi məhdudiyyətlər aradan qaldırılmış və yumşalmalar təmin edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam