Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

AMEA -39 minlik yapışqanlı kağız alır

AMEA 39 minlik yapışqanlı kağız alır

Azərbaycan Milli Elmlər Akademiyası CD-DVD üçün 39 333.5 AZN-ə yapışqanlı kağız alır. 

Yenixeber.org: AMEA-nin İnfoirmasiya Texnologiyalar İnstitutu bu məqsədlə “Aventus” MMC ilə müqavilə bağlayıb. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən Aventus MMC 5 dekabr 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, ev 63, mənzil 7-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Cabbarov Zaur Azər oğludur. 

Açıq mənbələrdə Zaur Cabbarov haqqında hər hansı məlumat yoxdur. “Aventus” MMC-nin 16 ildir fəaliyyət göstərməsinə baxmayaraq şirkət haqqında açıq mənbələrdə yalnız bir məlumata rast gəldik. MMC 2018-ci ildə Sumqayıt Şəhər İcra Hakimiyyətinin keçirdiyi tenderlərdən birinin qalibi olub. İcra hakimiyyəti ilə “Aventus” arasında maliyyə dəyəri 15 075 AZN olan müqaviləyə əsasən şirkət Corat qəsəbəsində küçə işıqlarının çəkilişini həyata keçirib. 

AMEA bundan əvvəl də şübhəli tender keçirib. Bu barədə ötən yazılarımızda məlumat vermişik. Həmin məlumatda deyilirdi ki, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyi “Zinger-İnşşat” MMC-dən 40 000 AZN-ə çilçıraq alıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam