Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

AMEA 40 min manata çilçıraq alıb -“Zinger-İnşaat” kimin şirkətidir?

AMEA 40 min manata çilçıraq alıb - “Zinger-İnşaat” kimin şirkətidir?

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyi 40 000 manata çılçıraq alıb. 

Yenixeber.org: Muzey “Zinger-İnşaat” MMC ilə bu məqsədlə müqavilə bağlayıb. Çiçıraq “Ceylan Lighting” şirkətinin istehsalıdır. “Ceylan Lighting” Türkiyənin məşhur lampa və çilçıraq istehasal edən şirkətidir.

AMEA-nın müqavilə bağladığı “Zinger-İnşaat” MMC-yə gəlincə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, MMC-nin qanuni təmsilçisi Məsimov İlham Fikrəddin oğludur.

Açıq mənbələrdə “Zinger-İnşaat” MMC və onun sahibi İlham Mənsimov barədə heç bir məlumat yoxdur. Bu da bizə təəccüblü gəlmədi. Çünki MMC heç bir il deyil ki, yaranıb. Reyestr məlumatlarında şirkətin 4 noyabr 2019-cu ildə dövlət qeydiyyatına alındığı göstərilir. Bu, Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə seçilməsindən təxminən iki həftə sonraya təsadüf edir. Hüquqi ünvanı Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxuru qəsəbəsi, ev 31, mənzil 1-də yerləşən MMC-nin nizamnamə kapitalı 4 AZN-dir.

AMEA-nın 40 000 AZN-ə aldığı çılçırağa gəlincə, istehsalçı Ceylan Lighting şirkəti ilə əlaqə saxlayaraq onun real qiymətini öyrənməyə çalışdıq. Şirkətin əməkdaşı bahalı çilçıraqların olduğunu söyləsə də, AMEA-nın aldığı 10 lampalı büllur çiçırağın 40 000 AZN-ə alınmasından təəccübünü gizlədə bilmədi. Onun sözlərinə görə, bu qiymətə olan çiçıraqlar özəl sifarişlər üçün istehsal edilən məhsullar kateqoriyasına daxildir. 

İstənilən halda çilçırağın birbaşa “Ceylan Lighiting” şirkətindən alınmaması, ortada başqa bir MMC-nin olması onun real qiymətinin 40 000 AZN olmadığını deməyə əsas verir. Axı “Zinger-İnşaat” MMC-nin də qazancı olmalıdır. Bu qazancın nə qədər olması barədə sualın cavabı isə açıq qalır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam