Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Fransa Aralıq dənizində gərginliyi artırır" -Hami Aksoy

"Fransa Aralıq dənizində gərginliyi artırır" -  Hami Aksoy
"Fransanın hərəkətləri Aralıq dənizinin şərqindəki gərginliyi artırır".
Yenixeber.org: Bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoy deyib. XİN sözçüsü Yunanıstan, İtaliya və Kiprin Yunan hissəsi ilə birgə təlimlərdə iştirak bəhanəsi ilə Fransa Hərbi Dəniz Qüvvələrinin təyyarələrinin Kiprin cənubuna göndərilməsinə münasibət bildirib.

Türkiyəli diplomat Fransanın Kiprlə əlaqədar 1960-cı il müqavilələrinin təminatçı ölkələri arasında olmadığını və Fransa aviasiyasının adada müvəqqəti və ya uzun müddətli yerləşdirilməsinin qanunsuz olduğunu vurğulayıb. Onun sözlərinə görə, Paris Afina və yunan kiprlərini Türkiyəyə qarşı təhrik edir.

"Türkiyənin və Kiprin türk icmasının maraqlarına məhəl qoymayan hər hansı bir addımın uğursuzluğa düçar olacağını bir daha təkrar edirik".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam