Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Kremldən Navalnı açıqlaması -Putinin köməkçisi Merkelin çağırışına cavab verdi

Kreml avqustun 25-də bəyan edib ki, Aleksey Navalnının xəstələnməsi üzrə dərhal təhqiqat başlatmağa ehtiyac yoxdur və almaniyalı həkimlərin zəhərlənmə sözünü deməyə tələsməsinin səbəbi aydın deyil.

Yenixeber.org: Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib ki, Almaniyadakı klinika Navalnının xəstəliyinə səbəb olan maddəni hələ dəqiq müəyyənləşdirməyib. “Almaniyadakı həmkarlarımızın ‘zəhərlənmə’ sözünü istifadə etməyə belə tələsməsini anlamırıq. Maddə, bunun zəhərlənmə olduğu müəyyənləşsə, onda əlbəttə ki, təhqiqat üçün səbəb yaranar”, – Peskov vurğulayıb.

Moskvanın Tibbi Ekspertiza Bürosunun rəhbəri Sergey Şigeyev isə avqustun 25-d deyib ki, Navalnının zəhərlənməsini iddia etmək üçün Almaniyanın əlində yetərincə dəlil yoxdur. “Xolinesterazanın fəaliyyəti müxtəlif adamlarda, xüsusilə müəyyən xroniki xəstəliklərdən asılı olaraq dəyişir”, – Şigeyev vurğulayıb.

Xatırladaq ki, Almaniya kansleri Angela Merkel və xarici işlər naziri Heyko Maas Rusiya hakimiyyətini müxalifət lideri Aleksey Navalnının zəhərlənməsinin bütün təfərrüatlarını təcili araşdırmağa, günahkarları məsuliyyətə cəlb etməyə çağırıblar.

Merkel və Maas belə bir bəyanatı avqustun 24-də ''Charite '' xəstəxanasının Aleksey Navalnın zəhərlənməsi ilə bağlı yaydığı açıqlamadan sonra veriblər. Beləki, xəstəxananın bazar ertəsi yaydığı açıqlamada Navalnının"xolinesterazanın inhibitorları qrupu"ndan olan toksiki maddənin təsirinə məruz qaldığı deyilir. Açıqlamada deyilir ki, xüsusi maddə hələlik məlum deyil və daha geniş miqyaslı təhlil başlanıb.

Prezident V. Putinin köməkçisi Dmitri Peskov yuxarıda qeyd olunan açıqlamasında Almaniya rəhbərliyinin çağırışına cavb verib.

"azpolitika"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam