Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Bahar Muradova da toyda iştirak edib?-AÇIQLAMA

 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin övladının toyunda iştirak etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Yenixeber.org: B.Muradova deyib:

"Mən bir qayda olaraq ictimai rəyi və onu nəzərə almağı vacib hesab etmişəm. Hər zaman insanların istənilən məsələ ilə əlaqədar öz fikirlərini İfadə etməyə olan haqqına hörmətlə yanaşmışam.Hətta şəxsimə yönəlik kəskin tənqidi mövge və ya qərəzli fikirlərə etik çərçivələrə sığmadığı hallarda belə dərhal reaksiya verməyin tərəfdarı olmamışam.
Bir növ dözümlü olmağın səbrsiz və düşünülməmiş hərəkətlərdən üstün olduğu qənaətində olmuşam. Son sözünü əvvəldə deyənlərin hec də yaxşı olmayan aqibətləri də mənim bu qənaətimi möhkəmləndirməkdədir.
Bir də ki, tədbirli adamların hec vaxt yalanları isbatlamağa çalışmamasının doğru yol olduğuna inanıram. Çünki söylənilənlərin həqiqət olmadığını hər kəsdən daha yaxşı o bilir. Yalançılar isə bir qayda olaraq dəlil sübutsuz olduqlarından bir yalanı min dəfə söyləməklə məqsədinə catacağını düşünür.
Bir də ki, səsi özünə xoş gələn zəvzəklərin xorda, özü də xaric oxuduqlarını anlatmaq cox cətin məsələdir və faydasız bir işdir. Nəhayət sözüm mənə qulaq asanlara deyil, dinləyib eşidənlərədir. Dəyərli soydaşlar, sizi bildiklərinizə bir daha əmin etmək istəyirəm ki, pandemiya başlayandan bu günədək heç bir kütləvi tədbirdə, o cümlədən toy, nişan və yas mərasimində iştirak etməmişəm. Baxmayaraq ki, son iki ayda doğmalarımdan iki əziz insanı itirmişəm. Bu barədə nə məlumatın yayılmasına, nə də ki, yas mərasımlərinin keçirilməsinə imkan verməmişəm.
Koronavirus səbəbindən coxsaylı itkilərimz, eləcə də İyul Şəhidlərimizə rəğmən şadyanalıq etməyə, üstəlik də insanların həyatını təhlükəyə atmağa gec bir lüzum görmürəm. Bunu məsuliyyətsizlik, öz istəklərini hər şeydən üstün tutmaq kimi dəyərləndirir, möhtərəm Prezidentimizin bu məsələlərə dair mövqeyinə zərbə kimi qəbul edir və belə tədbirlərə aidiyyəti olmayan adamları dəvət edib gündəmi dəyişənləri şiddətlə qınayıram. Yalan-palan həvəskarlarını isə nəhayət bu yoldan dönməyə,cəmiyyətimizi,ayrı ayrı insanları hədəf secərək hec bir cərcivə gözləmədən əndazəni aşan hərəkətlərdən cəkinməyə cağırıram.
Son iki gün ərzində mənim ünvanıma öz düşüncələrinə və mahiyyətlərinə uyğun fikirlər səsləndirən, status,şərh və acıqlamalarla çıxış edən hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, sabiq millət vəkili İlham Əliyev qızına karantin qaydalarını pozaraq toy mərasimi keçirib. Nəticədə Abşeron Rayon Məhkəməsində sabiq deputat İlhаm Əliyev və onu qudası Rövşən Mustafayevin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Hər iki şəxs 15 sutka müddətinə inzibati qaydada həbs olunub.

Xatırladaq ki, Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, AMEA Prezidentinin müşaviri Əli Abbasov, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva, Murad Adıgözəlzadə və həyat yoldaşı Aysel Adıgözəlzadə xüsusi karantin qaydalarını pozduqlarına görə hər biri 400 manat məbləğində cərimə olunublar.

Bundan əlavə, toyda iştirak edən daha 17 nəfər xüsusi karantin qaydalarını pozduqlarına görə cərimələniblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam