REKTOR ƏDALƏT MURADOVDAN BDU REKTORUNA QARŞI TƏXRİBAT?-YENİLƏNİB
Yenixeber.org: Rusiyanın “RUR” Reytinq Agentliyi 2020-ci il üzrə dünya universitetlərinin reytinq cədvəlində Bakı Dövlət Universitetini Azərbaycan üzrə 1-ci yerə layiq görsə də, Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbərliyi bunu gizlətmiş, yaydığı xəbərlərdə özünü 1-ci yerdə təqdim etmişdir…
Bu gün bəzi saytlar “UNEC daha bir uğura imza atıb” başlıqlı məlumat paylaşıb. Paylaşımlarda yazılır: “RUR reytinq agentliyi 2020-ci ilin 29 iyun tarixində dünya universitetlərinin ixtisaslar üzrə reytinqini açıqlayıb. Dünya universitetlərinin müxtəlif ixtisaslar üzrə daxil olduğu bu reytinq sıralamasında UNEC daha bir uğura imza atıb. Universitetdən APA-ya verilən xəbərə görə, “Texniki elmlər” ixtisası üzrə UNEC dünya üzrə 718-ci, Azərbaycan üzrə isə birinci yerdə qərarlaşıb. Həmçinin “Təbiət elmləri” ixtisası üzrə UNEC dünya üzrə 692-ci, Azərbaycan üzrə isə ikinci yerə yüksəlib”.
Təbii ki, biz buna yalnız sevinə bilərik. Lakin Azərbaycan Dövlət İqtisad Universitetinin adı yenə də "UNEC" kimi yazılıb...
Nə isə...
BDU-dan adını çəkmək istəməyən professorlardan birinin bu məlumata sərt etirazlı zəngindən sonra araşdırma apardıq. Məlum oldu ki, ADİU rəhbərliyi, əslində, artıq neçənci dəfədir ki, bir sıra reytinq agentliklərinin sıralamasında BDU-nun adını çəkmədən Azərbaycan Dövlət İqtisad Universitetini “UNEC” adı altında 1-ci yerə “layiq görür”, reytinq sıralamasında Azərbaycanın digər universitetlərinin adı çəkilsə də, ADİU rəhbərliyi onların heç birinin adını belə çəkmir. Bu isə digər universitetlərin hüquqlarının tapdanması kimi qiymətləndirilə bilər.
Budur, araşdırmamız da rektor Ədalət Muradovun yalnış addımını, daha dəqiq desək, BDU rektoru, hörmətli Elçin Babayevin apardığı bir illik zəhmətinin bəhrəsi olan nailiyyətlərini qısqanclıqla qarşılamaqla, BDU-nun fəaliyyətinə mənfi rəng qatır. Ki, guya Azərbaycanın bu 100 yaşlı ali təhsil ocağının adı heç bir reytinq agentlikləri tərəfindən saya sayılmır və s. Məsələn, ADİU rəhbərliyinin özünə yaxın saytlardakı məlumatından fərqli olaraq, bəlli oldu ki, sən demə, “UNEC” deyilən ADİU heç də 718-ci yerdə yox, 807-ci sıradadır və Azərbaycanda da 1-ci yerdə qərar tutmur. Beləliklə, “RUR” reytinq agentliyinin ümumi sıralamasında BDU 30,447 balla 702-ci (Azərbaycanda 1-ci), Azərbaycan İnşaat və Memarlıq Universiteti isə 24,203 balla 760-cı (Azərbaycanda isə 2-ci), nəhayət, heç də saytların yazdığı kimi, ADİU 718-ci yerdə deyil, cəmi 13,692 balla İrakın universitetlərindən də geridə-807-ci yerdə qərar tutub.
Xatırladırıq ki, 2020-ci il üzrə reytinq cədvəlində 828 universitetin adı var ki, ADİU aşağıdan 21-ci, yuxarıdan isə 807-ci yerdədir.
RƏSMİ ARAYIŞ: “RUR” reyting agentliyi 2013-cu ildə Rusiyada təşəkkül tapıb, hər il digər reytinq agentlikləri kimi, dünya universitetlərinin reytinqini sıralayır.
***
İndi sual yaranır: rektor Ədalət Muradovun Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevə, eləcə də Memarlıq və İnşaat Universitetinin rektoru, professor, Azərbaycanın Əməkdar memarı Gülçöhrə Məmmədovaya qarşı qısqançılığı hardan qaynaqlanır???
İkincisi, bildiyimiz qədər, hər iki universitetin mətbuat xidməti var, niyə onların rəhbərləri təmsil olunduqları universitetlərə qarşı belə qərəzli və qısqanc hərəkətlərə qarşı susurlar???
Məsələ ilə bağlı ADİU rəhbərliyinin hər hansı mövqeyi olarsa, elektron poçtumuza göndərilsin, dərc etməyə hazırıq. Eləcə də BDU-nun və Memarlıq və İnşaat Universitetinin...
“Təzadlar”