Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Rəsul Çunayev dünya reytinqində birincidir

 

Dünya Güləş Birliyi 2016-cı ilin fevral ayında keçirilən yarışların nəticəsinə əsasən, Avropa çempionatı öncəsi yunan-Roma güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb.

Xeberinfo.com:  Azərbaycan Güləş Federasiyasının saytına yaydığı xəbərə görə, yunan-Roma güləşi üzrə reytinq siyahısında 9 güləşçimizin adı yer alıb. Avropa Oyunlarının qızıl medalçısı, Las Veqasda keçirilən dünya çempionatının qızıl medalçısı Rəsul Çunayev reytinqdə ilk sırada, son dünya çempionatının gümüş medalçısı Rövşən Bayramov isə ikinci sırada qərarlaşıb. Reytinq sıralamasında mövqeyi dəyişməyən həm də Elvin Mürsəliyev və Sabah Şəriəti olub. Elvin 6-cı, Sabah isə 4-cü sırada qərarlaşıb.

Onluğa daxil olan güləşçilərimizdən Həsən Əliyev 9-cu, Rafiq Hüseynov və Saman Təhmasibi 5-ci sıradadır.

59 kq

2. Rövşən Bayramov - Dünya çempionatı 2-ci yer (2)

66 kq

9. Həsən Əliyev - Qızıl Qran Pri 3-cü yer (8)

71 kq

1. Rəsul Çunayev - Dünya çempionatı 1-ci yer (1)

75 kq

6. Elvin Mürsəliyev - Qızıl Qran Pri 3-cü yer (6)

80 kq 

5. Rafiq Hüseynov - Qızıl Qran Pri 2-ci yer (6)

85 kq

5. Saman Təhmasibi - Dünya çempionatı 3-cü yer (2)
13. İslam Abbasov - Qızıl Qran Pri 3-cü yer (13)

98 kq

19. Şalva Qadabadze - Qızıl Qran Pri 1-ci yer (16)

130 kq

4. Sabah Şəriəti - Qızıl Qran Pri 1-ci yer (4)

Qeyd edək ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam