Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İmtahanların keçiriləcəyi -məktəblər dezinfeksiya edilir

İmtahanların keçiriləcəyi məktəblər dezinfeksiya edilir
Dövlət İmtahan Mərkəzi 18 və 19 iyunda ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçiriləcək.
Yenixeber.org: Mərkəzdən verilən məlumata görə, pandemiya şəraitinin tələblərinə uyğun olaraq, imtahan binalarında bir sıra profilaktik tədbirlər həyata keçirilib.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə dünən və bu gün təkrar baxış keçirilib və bütün imtahan binalarında və otaqlarda, dəhlizlərdə dezinfeksiya və təmizlik işləri aparılıb və sanitar-gigiyenik tələblərə uyğun şərait yaradılıb.

Bundan əlavə, şagirdlərin (abituriyentlərin) imtahana buraxılış zamanı toplaşacağı yerlərdə sosial izolyasiya qaydalarına əməl etməsi üçün 2 metrlik ara məsafəsi nişanları çəkilib.

İşlər yekunlaşdıqdan sonra imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam