Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

DİM 2 500-dən yuxarı abituriyentə xəbərdarlıq“SMS”ləri göndərdi

Dövlət İmtahan Mərkəzi ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu müddətində öz elektron ərizəsinə daxil olub hər hansı bir qeyd aparan və ərizəsini özü təsdiq etmək imkanına malik olan abituriyentlərə bu gün saat 18:00-dək ərizələrini təsdiq etmək imkanı yaradıb.

Yenixeber.org: Mərkəzdən verilən məlumata görə, 10 və 11 iyunda yuxarıda qeyd olunan kateqoriyaya aid olan 2500-dən yuxarı abituriyentə ərizələrini təsdiq etmək imkanları ilə bağlı xəbərdarlıq “SMS”ləri göndərilib. 

Edilən xəbərdarlıqdan sonra yalnız 224 nəfər ərizəsini təsdiq edib. Digər şəxslər hələ də ərizələrini təsdiq edə bilərlər.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqədə yalnız “Abituriyentin elektron ərizə” formasını təsdiq etmiş şəxslər iştirak edə bilərlər.

Qeyd. Elektron ərizəsi olmayan, həmçinin ərizənin təsdiqi üçün Dövlət İmtahan Mərkəzinin məlumat bazasında yetərli məlumatları olmayan şəxslər üçün ərizə qəbulu başa çatıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam