Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Təhsil Nazirliyindən kəskin hava ilə bağlı-AÇIQLAMA

 

Təhsil Nazirliyi fevralın 10-da ölkə ərazisində soyuq, küləkli və yağıntılı hava şəraitinin müşahidə edilməsi ilə bağlı ümumtəhsil müəssisələrində dərslərin keçirilib-keçirilməyəcəyinə aydınlıq gətirib.

Yenixeber.org: Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Trend-ə açıqlamasında bildirib ki, bu məsələ hazırda müzakirə edilmir:

“Fevralın 10-da hava şəraiti ilə əlaqədar məktəblərdə dərslərin dayandırılması ilə bağlı hər hansı qərar verilməyib. Buna görə də həmin gün məktəblərdə dərslər adi günlərdə olduğu kimi keçiriləcək”.

Qeyd edək ki, fevralın 9-dan 10-u gündüzədək Bakıda və Abşeron yarımadasında güclü şimal küləyi əsəcək, sulu qar və qarın yağması, bəzi yerlərdə qarın intensiv yağacağı gözlənilir.

Havanın temperaturu aşağı enəcək, yolların buz bağlayacağı ehtimal olunur.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) bununla əlaqədar paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına müraciət edib.

Müraciətdə əhaliyə daha diqqətli olmaq, iri ağacların altında maşınları saxlamamaq, tikinti aparılan ərazilərdən kənar keçmək, yaşlı insanları və uşaqları küçədə nəzarətsiz buraxmamaq və digər təhlükəsizlik tədbirlərinə riayət etmək tövsiyə edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam