Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Peşə təmayüllü siniflərdə -şagirdlərə sürücülük dərsləri də tədris ediləcək

Peşə təmayüllü siniflərdə şagirdlərə sürücülük dərsləri də tədris ediləcək.

Yenixeber.org:  Bunu Təhsil İnstitutunun baş mütəxəssisi Tural Hətəmxanov deyib. 

Onun sözlərinə görə, şagirdlərə yol hərəkəti qaydaları, yol hərəkəti nişanları ilə tanışlıq, piyada və sürücülərin hüquqları ilə bağlı müəyyən dərslər tədris ediləcək: “Şagirdlərin iki illik tədris müddətində öyrəndikləri bilgilər gələcəkdə sürücülük vəsiqəsi almağa kömək olacaq. Həmin siniflərə rayonlarda yerləşən sürücülük məktəblərindən müəllimlər cəlb olunub. Eyni zamanda şagirdlər nəzəri bilikləri öyrəndikdən sonra sürücülük məktəblərində praktik bilgiləri də mənimsəyəcəklər”.

Qeyd edək ki, 2019-2020–ci tədris ilində Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şirvan, Masallı, Cəlilabad, Xaçmaz, Salyan, Biləsuvar, Şəki, Qusar, Şəmkir və Sabirabadda yerləşən 20 ümumi təhsil müəssisəsində peşə təmayüllü siniflər yaradılacaq. Peşə təmayüllü siniflər ümumi təhsil müəssisələrinin ərazi, eləcə də maddi-texniki tədris imkanları nəzərə alınmaqla müəyyən edilib.

X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam