Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

İranda orta məktəblərdə - Azərbaycan dilinin tədrisinə başlanır

 

Bu gündən İranın Şərqi Azərbaycan vilayətinin bəzi orta məktəblərində Azərbaycan dilinin tədrisinə başlanacaq.

Yenixeber.org:   Bunu İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin təhsil və təlim idarəsinin baş direktoru Cəfər Paşayi deyib.

C.Paşayinin sözlərinə görə, bu barədə vilayətin təhsil-təlim şurasında qərar verilib.

Direktor əlavə edib ki, qərara əsasən Azərbaycan dilinin tədrisi pilot layihə çərçivəsində həftədə iki saat olacaq.

İdarə rəsmisi artıq məktəblər və müəllimlərin sayının müəyyənləşdiyini deyib.

Şərqi Azərbaycan vilayətinin orta məktəblərində Azərbaycan dilinin tədrisinin əhəmiyyətini vurğulayan Paşayi bildirib ki, İran konstitusiyasının 15-ci maddəsi yerli dillərin tədrisinə imkan verir.

İranın Ərdəbil vilayətinin islam şurasının sədri Yaqub Haşemi şuranın iclasında deyib ki, Ərdəbildə Azərbaycan dilinin tədrisi diqqət mərkəzində durmalıdır.

Y.Haşeminin sözlərinə görə, İran konstitusiyasına əsasən, Azərbaycan türkcəsi tədris edilməlidir:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam