Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Niderlandlı tələbələrə - Qarabağ barədə məlumat verilib

Niderlandlı tələbələrə Qarabağ barədə məlumat verilib
Niderlandın Leyden Universitetinin beynəlxalq münasibətlər, dövlət idarəetməsi və politologiya ixtisası üzrə təhsil alan bir qrup tələbəsi ilə Azərbaycanın bu ölkədəki səfirliyində görüş keçirilib.
Yenixeber.org:   Görüş çərçivəsində tələbələrə Azərbaycanın müasir xarici siyasətinin əsas istiqamətləri ilə bağlı təqdimat edilib. Təqdimatda 2019-cu ildə Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının yaradılmasının 100 illiyinin qeyd edildiyi bildirilib, bu dövrdə ölkəmizin əldə etdiyi nailiyyətlərdən, həyata keçirilən transregional layihələrdən, iki dövlət arasında qarşılıqlı əməkdaşlığın hazırkı vəziyyətindən və bu istiqamətdə səfirliyin fəaliyyətindən bəhs olunub.

İnteraktiv şəkildə keçən görüş zamanı tələbələr Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin məsələ ilə bağlı mövqeyi, BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində bu münaqişə ilə bağlı qəbul edilən əsas sənədlər, ATƏT-in Minsk qrupunun həmsədrliyi ilə həyata keçirilən danışıqların vəziyyəti barədə məlumatlandırılıblar.

Sonda tələbələr Azərbaycan milli mətbəxinin təamları və musiqisi ilə yaxından tanış olublar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam