Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Dərsliklərin -şagirdlərə paylanılması başa çatıb

Yeni dərs ilinə sayılı günlər qalır. Hazırlıq prosesi, dərsliklərin paylanılması ilə bağlı başlanmış işlər nə yerdədir?

 

Əməkdaşlarımız Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədova müraciət etdi. B.Məmmədov bildirdi ki, bütün ümumi təhsil məktəblərində təhsil alan şagirdlərə 2019-2020-ci tədris ili üçün nəzərdə tutulmuş dərsliklərin paylanılması ilə bağlı başlanmış işlər başa çatdırılıb.

 

“Dərsliklərin şagirdlərə paylanılması sentyabrın 6-da yekunlaşdırılıb. Öncədən məlumat verildiyi kimi, müraciət edən bütün valideynlər sentyabrın ilk günlərində müvafiq dövlət ümumi təhsil məktəbindən dərslikləri əldə ediblər. Bu, tədris ili başlananadək şagirdlərin bütün dərsliklərlə təmin edilməsinə imkan verir və uşaqıarın yeni dərliklərlə ilkin tanışlığına, ilk dərs gününə daha həvəslə hazırlaşmalarına zəmin yaradır. Hər hamsı səbəbdən dərsliklərlə təminatda çətinlik yaranarsa, bu barədə məktəb rəhbərliyinə məlumat verilməlidir. Şagird və valideynlərin nəzərinə o da çatdırılır ki, mövcud qaydalara görə dərsliklərdən istifadə müddəti dörd ildir və yalnız istifadə müddətini başa vurmuş dərsliklər yeniləri ilə əvəz olunur. 2019-2020-ci tədris ilində şagirdlərin istifadəsinə veriləcək dərsliklər əvvəlki illərdə istifadə olunmuş və 2019-cu ildə yeni çap olunmuş dərsliklərdir”.

 

Nazirlik rəsmisi öz tövsiyyələrini də verdi

“Əsas tövsiyələrimizdən biri də ondan ibarətdir ki, dövlət tərəfindən təmin olunan dərsliklərə qayğı ilə yanaşılmalı, valideynlər də övladlarına bu istiqamətdə də nəzarəti unutmamalıdırlar”.

 

Qeyd edək ki, 2019-2020-ci tədris ilinə dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5 668 865 nüsxə dərslik və metodik vəsait çap edilib. Dərslik təminatı ilə yanaşı, yeni dərs ili üçün məktəblərin təmir-tikinti işləri, maddi-texniki təminatı prosesi də kifayət qədər geniş miqyasda aparılıb və yeni dərs ilinin ilk günündən bütün tədris ocaqlarının qapıları məktəblilərin üzünə açıqdır. Hər bir müəllimə və şagirdə yeni dərs ilində bol-bol uğurlar arzulayırıq.mərasimi gedir. (Modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam