Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Kamal Abdulla məhkəmə yağışına məruz qalıb-REKTORA QARŞI ƏN AZI 3 İDDİA VAR!



55 ilini Dillər Universitetinə verən Elmira Baxışəliyeva…

Kamal Abdulla sanki məhkəmə yağışına düşüb. Rektoru olduğu Dillər Universitetinin ən azı 3 müəlliməsi Kamal Abdullanı məhkəməyə verib.

Yenixeber.org: Bunlar uzun illər Azərbaycan Dillər Universitetində çalışan Elmira Baxışəliyeva, eyni qaydada hələ tələbəlik dövründən Universitetlə bağlı olan, sonra orada dekan vəzifəsinədək yüksələn Vüsalə Ağabəyli və müəllimə Pərvin Mürsəlovadır. Hər 3 müəlliməni illərdir Dillər Universitetində verdikləri əməyə baxmayaraq, işdən azad edən Kamal Abdulla, indi özünü məhkəmə qapılarında görüb. Elmira Baxışəliyevanın işi Kassasiya mərhələsindədir. Bu müəllimənin işdən çıxarılması hekayəsinin maraqlı tarixçəsi var. Elmira xanımdan 20 yanvar hadisələrində zərər çəkən bir adamın haqqında şər-böhtan yazılan bir yazıya imza atmaq tələb olunub və o, bunu etməkdən imtina edib. Buna görə ömrünün 55 ilini Dillər Universitetinə verən bir ahıl ziyalını işindən ediblər.

 

Sabiq dekan, 15 ilini Dillər Universitetinə verən Vüsalə Ağabəyli…

Jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəylinin işi də hazırda Kassasiya mərhələsindədir. Belə ki, Nəsimi rayon məhkəməsində heç 10 dəqiqə çəkməyən məhkəmə iclası işi təmin etməmiş, Kamal Abdullanın sifarişi ilə onun dediyini etmişdi. Apellyasiya Məhkəməsi də Vüsalə Ağabəylinin işinə sırf sifarişlə bir iclasdan sonra vəkil olmadan baxdı və Nəsimi rayon məhkəməsinin qərarını qüvvədə saxladı. Vəkil Elçin Sadıqovun üzrlü səbəbdən 15 dəqiqə gecikməyini belə nəzərə almayan məhkəmə heyəti, sanki tələsircəsinə Nəsimi rayon məhkəməsinin qərarını qüvvədə saxladı. Amma verilən bir neçə vəsatətə heç münasibət də bildirmədi.

Vəsatətlər müxtəlif idi. Kamal Abdulla və onun vəkili Nəsimi rayon məhkəməsində Vüsalə Ağabəylinin “Nərgiz Qurbanlı Kamal Abdullanın dostunun qızı olduğuna görə və mən onun haqqında rəy yazdığıma görə Kamal Abdulla məni təqib-təzyiq etməyə başladı” iddiasını yalan hesab etmiş, sübutunu istəmişdilər. Apellyasiya məhkəməsində Vüsalə Ağabəyli Kamal Abdullanın “bəli, Nərgiz Qurbanlı mənim dostumun qızıdır” dediyini öz səsi ilə məhkəməyə təqdim etdi. Vəkil iddia qaldırdı ki, rektordan səs nümunəsi götürülsün və səs ekspertizaya göndərilsin. Eyni zamanda vəkil Elçin Sadıqov vəsatətlə çıxış etdi ki, Kamal Abdullanın özü məhkəmədə iştirak etsin və veriləcək sualları cavablandırsın.

Apellyasiya məhkəməsi apar-topar aldığı qərarla Nəsimi rayon məhkəməsinin qərarını qüvvədə saxladı. Vüsalə Ağabəyli bununla bağlı xural.com-a verdiyi açıqlamasında mübarizəni sona qədər aparacağını dedi: “Mən 15 ildir Dillər Universitetində fəaliyyət göstərirəm. Tələbəliyim orada keçib. Universitetdə özümə görə hörmətim, nüfuzum var. Kamal Abdullanın tapşırığı ilə açıq dərslər aparmışam, görmüşəm ki, Nərgiz Qurbanlı adlı bir müəllimə ingilis dilini bilmir və bu haqda birlikdə olduğum heyətlə birlikdə rəy yazmışam. Bütün hadisələr bundan sonra baş verib. Təqiblər başlayıb mənə. Sonra təzyiqlərlə üsləşmişəm. Heç bir əsas olmadan seçkili vəzifə olan dekan vəzifəsindən əmrlə çıxarılmışam, töhmət almışam. Universitetdə mənə qarşı çirkin qarayaxma kampaniyası başlayıb. Məcbur olub məhkəməyə vermişəm.” Məhkəmələrdə baş verən ədalətsizliklərdən sonra heyrətə gələn Vüsalə Ağabəyli hər şeyə baxmayaraq, Avropa Məhkəməsinə qədər gedəcəyini bildirib: “Məhkəmələrdə şok oldum. Bu qədər ədalətsizlik olarmı? Kamal Abdulla bu qədərmi güclüdür ki, müstəqil olmalı məhkəmələrə bu qədər təsir göstərə bilir? Hansı məhkəməyə gəlirik 1-2 iclasa işi yekunlaşdırır, heç bir vəsatətimizi qəbul etmirlər. Amma mən hüquqlarımı sona qədər qorumaq əzmindəyəm və işi Avropa Məhkəməsinə qədər aparacağam.” Vüsalə Ağabəyli hazırda Ali Məhkəməyə, sonra da Avropa Məhkəməsinə hazırlaşır.

 

Nümunəvi müəllimə Pərvin Mürsəlova…

Xural.com-un məlumatına görə Pərvin Mürsəlovanın da məhkəmə prosesi hazırda Nəsimi rayon məhkəməsində davam edir. Elçin Sadıqovdan aldığımız məlumata görə, məhkəmə prosesi təxirə salınıb və 5 iyul 2019-cu ildə Nəsimi rayon məhkəməsində davam edəcək.

 

Kamal Abdulla Dillər Universitetini Krallıq kimi idarə edir…

 

Kamal Abdulla isə bu haqda danışmaq istəmir. Özünə yandaş mediada xəbərləri “öldürməklə” və jurnalistləri Universitetə dəvət etməklə prosesi səssiz ötürmək istəyir. Dəfələrlə müraciətlərimizə baxmayaraq, nə müsahibə verməyə, nə də münasibət bildirməyə razılıq vermədilər. Necə deyərlər, hörmətli Kamal Abdulla rektoru olduğu Dillər Universitetini krallıq kimi iradə edir və burada baş verənlərin ictimailəşməsinin qarşısını almaq üçün əlindən gələni edir. Biz 3 müəllim bilirik, bunlar yalnız görünənlərdir, amma məlumdur ki, Universitetdə onlarla təhdid olunan, təzyiq altında saxlanılan insan var ki, bu haqda hələ cəmiyyətin xəbəri yoxdur. Amma təbii ki, olacaq. Çünki krallıq üsulu ilə Universitet idarə oluna bilməz.

Mövzunu diqqətdə saxlayacağıq.(xural.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam