Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Dövlət peşə təhsili müəssisələri "həyəcan" düyməsi ilə təmin ediləcək

Nazirlər Kabineti dövlət peşə təhsili müəssisələrinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi ilə bağlı normativlər barədə qərarı təsdiq edib.

Yenixeber.org: Sənəd Baş Nazir Novruz Məmmədov tərəfindən imzalanıb.

Müəyyən edilib ki, dövlət peşə təhsili müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi üçün hər bir dövlət peşə təhsili müəssisəsi Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi ilə müqavilə əsasında “həyəcan” düyməsi ilə təmin ediləcək.

Qeyd olunur ki, Maliyyə Nazirliyi DİN-in Baş Mühafizə İdarəsi ilə razılaşdırılmaqla, dövlət peşə təhsili müəssisələrinin “həyəcan” düyməsi ilə təchiz olunması üçün tələb olunan vəsaitin 2019- cu ildə həmin təhsil müəssisələrinin tabe olduqları müvafiq orqanlar (qurumlar) üçün dövlət büdcəsində təsdiq olunmuş xərclər hesabına maliyyələşdirilməsini və 2020-ci ildən etibarən hər il dövlət büdcəsində nəzərdə tutulmasını təmin etsin.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam