Redaktor seçimi
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
Günün xəbəri

Layihə rəhbəri:"Məktəblərdə siqaret çəkilməsi 90 faiz azalıb"

"2016-ci ildən bu ilin aprelinə qədər (28 ay) Bakı şəhərindəki 35 ümumtəhsil müəssisələrində 9 məktəblinin həyatı xilas edilib".

Yenixeber.org: Bunu "Məktəblinin dostu" layihəsi ilə bağlı keçirilən tədbirdə layihə rəhbəri Rüstəm Ağayev deyib.

O bildirib ki, bu müddət ərzində, ümumilikdə, layihənin həyata keçirildiyi orta məktəblərdə 9089 münaqişənin qarşısı alınıb.

Eyni zamanda həmin məktəblərdə 4464 dəfə tibbi yardım göstərilib: "9 məktəblinin həyatı xilas edilib. Ümumilikdə, orta məktəblərə 263 təcili tibbi yardım çağırılıb. 9 yanğının qarşısı alınıb. 157 dəfə oğurluq halları aşkarlanıb. Layihə çərçivəsində məktəblərdə siqaret çəkilməsi kəskin  - 90 faiz azalıb. 1113 nəfər psixoloji mərkəzin xidmətindən yararlanıb".

Layihə rəhbəri orta məktəblərdə şagirdlər arasında psixoloji problemlərin səbəblərini də açıqlayıb: "Psixoloqa müraciətlərin səbəbi özünəqapanma, psixiatrik problemlər, davranış pozuntusu, qorxu və fobiya, uşaq-valideyn münasibətlərinin pozulması, dezataptasiya problemi və sairdir. Bu müraciətlərdən ən çoxu dezadaptasiya və davranış pozuntusuna görədir".

"Bu layihənin icrasına başlayan zaman Gürcüstanın təcrübəsinə istinad etmişik", - deyə "Məktəblinin dostu" layihəsinin rəhbəri Rüstəm Ağayev əlavə edib.

Qeyd edək ki, "Məktəblinin dostu" pilot layihəsi 2016-cı ilin dekabrında Təhsil Nazirliyi və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə 30 ümumi təhsil müəssisəsində fəaliyyətə başlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam