Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakı məktəblərində “Eko-təqdimatlar” layihəsi keçirilir

 

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində “Eko-təqdimatlar” layihəsi davam edir

 

Yenixeber.org: İdarənin İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, layihənin əsas məqsədi şagirdlərin milli sərvətlərimiz, dəyərlərimiz və digər aktual ekoloji mövzular üzrə məlumatlandırılmasından ibarətdir.

BŞTİ və SOCAR-ın Ekologiya İdarəsi mütəxəssislərinin birgə əməkdaşlığı ilə təşkil olunan müxtəlif aktual ekoloji mühazirələrə müvafiq istiqamətlər üzrə tədqiqatlar aparan ekoloqlar və ekspertlər dəvət olunublar.

Mart ayı ərzində Nizami rayonu üzrə 210, Pirallahı rayonu üzrə 235, Sabunçu rayonu üzrə 78, Suraxanı rayonu üzrə 232 və Xəzər rayonu üzrə 323 nömrəli tam orta məktəblərdə “Sağlam həyat tərzi”, “Alternativ və bərpa olunan enerjinin istifadəsi”, “Azərbaycanın biomüxtəlifliyi”, "Səs-küy çirklənməsi" və “Nə edək?“ mövzularında maarifləndirici təqdimatlar keçirilib.

Şagirdlər üçün maraqlı olan təqdimatların keçirilməsi tədris ilinin sonunadək paytaxtın digər ümumi təhsil məktəblərində davam edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam