Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

"İşçilərin qarşısında mühüm tapşırıqlar qoyulub"- Ceyhun Bayramov

"İşçilərin qarşısında mühüm tapşırıqlar qoyulub"

 

 

"Bəzən kurrikulum valideynlər, mütəxəssislər tərəfindən birmənalı qarşılanmır. Amma tədqiqatların nəticələri təhsil sistemində müsbət dinamikanın olduğunu göstərir . Bu da bir daha sübut edir ki, həmin istiqamət doğru seçilib" 
Yenixeber.org: Bu sözləri təhsil naziri vəzifələrini müvəqqəti icra edən nazir müavini Ceyhun Bayramov PIRLS 2016 - Oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqatın nəticələrinə dair təqdimatda çıxış edərkən deyib.

Onun sözlərinə görə, vacib məqamlardan biri məktəbəqədər təhsil şəbəkəsinin genişləndirilməsi, bunun üçün icma əsaslı qrupların yaradılmasıdır: “ 2015-ci ilin yanvarın 1-dən diaqnostik qiymətləndirməyə cəlb olunan müəllimlərin əməkhaqlarının artırılmasına başlanılıb. Təhsilin inkişafı ölkə Prezidentİlham Əliyev tərəfindən ən vacib prioritetlərdən biri kimi müəyyən edilib, təhsil işçilərinin qarşısında bir sıra mühüm tapşırıq və hədəflər qoyulub. Bu siyasi iradənin bariz nümunəsi kimi qısa müddət ərzində bir sıra strateji dövlət sənədlərinin qəbul edilməsi, təhsil sahəsində köklü islahatlara yönəlmiş addımların atılmasını göstərmək olar. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq Təhsil Nazirliyi son illərdə ibtidai təhsil səviyyəsində şagird nailiyyətlərinin yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirib. Məktəbəhazırlıq qruplarının təşkili, ibtidai sinif müəllimlərinin sınaq qiymətləndirilməsi, bu qiymətləndirmə əsasında ixtisasartırma təlimləri, müəllimlərin peşəkar inkişafı, eləcə də şagirdlər arasında oxu vərdişlərinin təşviqi, oxu bacarıqlarının inkişafına yönəlmiş layihələr və valideynlərlə iş buna nümunədir".

Beynəlxalq qiymətləndirmələrdə iştirakın davamlı olmasının vacibliyini vurğulayan C. Bayramov Azərbaycan PISA-2018 və TIMSS-2019 tədqiqatlarında iştirak edəcək şagird və müəllimlərimizə uğurlar arzulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam