Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Ankara Liseyində qalmaqal:Valideynlər direktorun adı ilə pul yığıldığını iddia edir”

Nərimanov rayonu, Təbriz küçəsində yerləşən Ankara Liseyində valideynlərdən pul yığılması ilə bağlı iddialar səsləndirilib. 
Yenixeber.org: Redaksiyamıza liseydə təhsil alan, adlarının açıqlanmasını istəməyən bir neçə şagirdin valideynləri tərəfindən daxil olan məlumatda bildirilir ki, sözügedən vəsait məktəbdə çalışan müəllimlər tərəfindən yığılır.
Valideynlərin iddiasına görə, pul yığımı birbaşa lisey direktorunun adı ilə həyata keçirilir. Bildirilir ki, bu vəsaitin toplanmasına səbəb qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə keçiriləcək bayram şənliyi ilə əlaqələndirilir.
Məlumat verən valideynlər qeyd edirlər ki, pul yığımı könüllü kimi təqdim olunsa da, faktiki olaraq bu proses valideynlər və şagirdlər üzərində müəyyən narahatlıq və təzyiq yaradır.
Onlar hesab edirlər ki, dövlət təhsil müəssisəsində bu cür hallara yol verilməməli, bayram tədbirləri valideynlərdən əlavə maliyyə vəsaiti tələb edilmədən təşkil olunmalıdır.(Azerbaycanreallığı)
Qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam