3 nömrəli xüsusi məktəbdə uşaqlara ayrılan dövlət müavinətləri 5 aydır verilmir –BTİ hara baxır ?

Bakıda fəaliyyət göstərən 3 nömrəli əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün xüsusi təhsil məktəbində dövlət tərəfindən uşaqlar üçün ayrılmış müavinətlərin artıq 5 aydır valideynlərə verilmədiyi iddia olunur.
Yenixeber.org: Məlumata görə, adıçəkilən məktəbdə təhsil alan uşaqlar üçün nəzərdə tutulmuş sosial yardım və ya maddi müavinətlər aidiyyəti şəxslər tərəfindən gecikdirilir və valideynlərə çatdırılmır.
Valideyn Könül Əskərovanın redaksiyamıza ünvanladığı müraciətdə bildirilir ki, bu gecikmələrə görə əsas məsul şəxs məktəbin əməkdaşı mühasibi Zümrüd hesab edilir:
"Artıq 5 aydır ki, dövlət tərəfindən uşağım üçün ayrılmış müavinət ödənilmir. Bu vəsaitin taleyi ilə bağlı heç bir məlumat verilmir. Bizim üçün çox vacib olan bu yardımın gecikdirilməsi məqsəd yönlüdür", – deyə o bildirib.
Məlumat üçün qeyd edək ki, 1974-cü ildə təsis olunan 3 nömrəli xüsusi təhsil məktəbi 2005-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı şəkildə yenidən qurulub. Hazırda məktəbdə 780 nəfər şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 182 müəllim məşğul olur. Həmçinin bildirməliyik ki, Məktəbin direktoru işdən azad edildiyindən direktor səlahiyyətlərin Təlim-tərbiyə işləri üzrə direktor müavini Quliyeva Arzu Müseyib qızı icra edir. Valideyn qeyd edir ki, dəfələrlə mühasibə zəng edib vəsaitin niyə köcürülmədiyini xəbər aldıqda məktəb rəhbəri tərəfindən qarşısının alındığı məlumatı verilib. Məsələni aydınlaşdırmaq məqsədi ilə məktəbə yolandıq. Qeyd edək ki iş saaları olmasına baxmayaraq direktor postunu əvəz edən müəllim xidməti binadan çıxdığı bildirildi. Lakin məsələ ilə bağlı açıqlama verməkdən çəkinməyən müəllimlərdən biri bildirdi ki, 5 aylıq müavinətin verilməsindən ümumiyyətlə söhbət gedə bilməz kamissyadan keçdiyi müddətdən bu tərəf veriləcəkdir. Yəni ay yarımlıq məvacibi uşağın köçürülsədə qalan ayları verilməyəcəkdir. Amma ona ayrılan müəllimə https://bakimektebleri.edu.az/ portalında məktəbin müəllimi olaraq rast gələ bilməsəkdə özü ilə əlaqə saxladıq suallarımıza cavab olaraq bildirdi ki, uşağa pulun verilib verilməməsi onun vecinədə deyil o öz məvacibini vaxtındada alıb. üzərimizə qışqırara telefonun dəstəyin asdı.
Burdan belə çıxır ki müəllimlər havadan sudan hardan olur olsun bu məktəbdə məvaciblərin hər ay alıb. Lakin Heydər Əliyev Fondu tərəfindən əsaslı yenidən quruculuq işləri aparılmış bu məktəbdə dərəbəylik edənlər əqli problemi olan körpələrin haqqını verməmək üçün oyunlara baş vuraraq bütün uşaqların 3 ay 15 günlük ödənməli olan haqqlarını qəsb ediblər? Bu suallara cavab tapmaq üçün aidiyyatı qurumların açıqlamasın gözləyəcəyik.
Valideynlər Bakı Təhsil İdarəsi və Elm və Təhsil Nazirliyindən məsələ ilə bağlı araşdırma aparılmasını, müavinətlərin taleyinə aydınlıq gətirilməsini və uşaqlara ayrılmış dövlət vəsaitlərinin vaxtında ödənilməsini tələb edirlər.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.(Bakunews.az)










AZ
RU