Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Direktor vəzifəsi üçün 10 min, müavin üçün 6 min verməlisən" - ŞİKAYƏT

\"Direktor vəzifəsi üçün 10 min, müavin üçün 6 min verməlisən\" - Müəllim

Yardımlı rayonunun Alçabulaq kənd tam orta məktəbində çalışan müəllim Nərimanov Fərman Səyyad oğlu təhsil müəssisəsində baş verən neqativ hallarla bağlı şikayət edib.

Yenixeber.org: Redaksiyamıza verilən məlumata görə, ali təhsilli və 36 illik pedaqoji təcrübəyə malik olmasına baxmayaraq, məktəbdə ona cəmi 10 saat dərs yükü verilib. Müəllim iddia edir ki, məktəbin direktoru və sektor müdiri onun əlavə dərs saatı və gəlir əldə etməsinin qarşısını alır. Onun əvəzinə təcrübsiz və ali təhsili olmayan müəllimlərə yüksək məbləğ müqabilində əlavə dərs saatları verilir. 

Fərman Nərimanov bildirib ki, məktəbdə özbaşınalıq hökm sürür və direktor müavini vəzifəsinə görə mübahisələr yaşanır. Onun iddiasına görə, sektor müdürü bu vəzifəni tutmaq istəyənlərdən rüşvət tələb edir – direktor müavini olmaq üçün 6 min, direktor təyin olunmaq üçün isə 10 min manat məbləğində pul istənilir.

Bundan əlavə, o, məktəbdə saxta diplomla fəaliyyət göstərən şəxslərin də olduğunu qeyd edib. İddiaya görə, həmin şəxslər müəyyən məbləğ qarşılığında işə qəbul ediliblər.

Redaksiyamız  şikayətlə bağlı Elm və Təhsil Nazirliyinə, eləcə də Lənkəran-Astara Regional Təhsil İdarəsinə sorğu ünvanlasa da, suallarımız cavabsız qaldı.(manset.az) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam