Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “talançılıq” və hüquqi xaos

Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “talançılıq” və hüquqi xaos
Bakıxanovda yerləşən Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi artıq uzun müddətdir ki, idarəçilik boşluğu ilə üzləşib. Mərkəzin keçmiş direktoru Mətləb Hüseynov və əlaltıları tərəfindən təhsil ocağı çapılıb talan edilib, iş hazırda məhkəmədə araşdırılır. Cinayət işində zərərçəkmiş qismində Peşə Təhsili üzrə Dövlət Agentliyi tanınıb. Lakin bu araşdırma iki ilə yaxındır davam edir, nəticəsi isə hələ gözlənilir.
Yenixeber.org: Bu səbəbdən Mərkəz hal-hazırda direktorsuz qalmaqda davam edir. Qanuna görə, məhkəmə prosesi bitmədən təhsil müəssisəsinə direktor təyin edilə bilməz. Lakin 2025-ci ilin yanvar ayında, Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi – yəqin ki, Ceyhun Kərəmov və Əlağa Kərimov – qanun və müsabiqə prosesini əsassız sayaraq Əlağa Kərimovu direktor əvəzi vəzifəsinə təyin edib.
Bu təyinat qanunsuz və anormaldır. 2025-ci ilin yanvar ayında keçiriləcək müsabiqədə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor və müavin postları vakansiya kimi çıxarılmayıb, yəni bu təyinat heç bir rəsmi hüquqi prosedur olmadan həyata keçirilib.
Əlağa Kərimov isə əvvəllər yalnız Abşeron Binə Peşə Liseyində dərs hissə müdiri vəzifəsində çalışıb. Bu vəzifə imzansız, imtahansız və direktor əmri ilə təyin olunur, rəhbərlik funksiyası yoxdur. Yəni, heç bir rəhbərlik təcrübəsi olmayan Kərimov, ölkənin ən böyük Emal Sənayesi üzrə Peşə Təhsil Mərkəzinə direktor əvəzi təyin edilib.
Bu təyinatın ardınca, mərkəzdə qanunsuzluqlar, cinayət xarakterli halların gizlədilməsi və müəllimlərin hədə qorxu ilə idarə olunması baş verib. Simnar Məmmədov və Füzuli Talıbovun dəstəyi ilə Əlağa Kərimov, mərkəzin fəaliyyətinə nəzarət edən ən böyük şəxslərdən biri kimi çıxış edir.

Mərkəzdəki real faktlar açıqdır:

Qənnadçı şirniyyatçı ITU-nun gəlini Babaşova Cəmalə, həmən məktəbdə tələbə ola-ola Əlağa onu məktəbdən çıxarıb müəllim köməkçisi kimi işə götürmüşdür.
Şaiq Abdullayev 60 il əvvəlki təhsilinə baxmayaraq, Neft-Qaz operatoru və Elektrik-Qaz qaynağı qrup rəhbəri olaraq vəzifələndirilib.
Könül Nəzərova həm kimyəvi analiz üzrə ITU, həm də kadr şöbəsinin işlərinə məsul tutulub və hər iki işdən maaş alır.
Elşən Məmmədov korpus rəhbəri kimi qanunsuz olaraq bütün müəllim və tələbələrdən pul yığır.
Bu halların ardınca mərkəzdə imtahansız direktor təyinatı və hüquqi boşluq ciddi narazılıq yaradıb. Peşə təhsili sistemi imzansız, qanunsuz təyinatlarla zədələnir, müəllim və tələbələr hüquqlarını itirir.
Nəticə: Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi artıq qanun və etik prinsiplərdən kənar bir idarəçilik modeli ilə işləyir. İmtahansız, təcrübəsiz və kadr dəstəyi ilə təyinatlar, təhsil ocağında xaos və hüquqi boşluq yaradır.
/tehsil.media/

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam