Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Elm və Təhsil Nazirliyində müsahibə qalmaqalı:Rəsmi məsləhətçi “qanun pozuntusu” iddiası ilə çıxış etdi

Redaksiyamıza daxil olan məlumata görə, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin Media ilə iş sektoru üzrə aparıcı məsləhətçisi vəzifəsi üzrə elan olunan vakansiyanın müsahibə mərhələsində iştirak edən namizədi Roza Rasim qızı Qarayeva, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən dövlət qulluğu müsahibəsinin qeyri-şəffaf və qanunazidd keçirildiyini bildirərək, Dövlət Qulluğunu İdarəetmə Şurasına rəsmi müraciət ünvanlayıb.

Yenixeber.org: Roza Qarayeva müraciətində qeyd edir ki, müsahibə prosesi zamanı Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiqlənmiş *“Dövlət qulluğu vəzifəsinin tutulması məqsədilə müsahibə keçirilməsi Qaydası”*nın bir sıra maddələri pozulub.

Maraqlar toqquşması və qohumluq əlaqələri

Qarayevanın iddiasına görə, müsahibə komissiyasının tərkibində yaxın qohumluq və şəxsi əlaqələr mövcud olub. O, bildirir ki, müsahibə zamanı komissiya üzvü kimi iştirak edən Billurə Hacızadə – nazirliyin həmin şöbəsində sektor müdiri, namizəd kimi iştirak edən isə Fərizə Əhmədova olub.

“Bu hal dövlət qulluğunda maraqlar toqquşmasına dair qanunvericiliyin tələblərinə ziddir. Qaydalar açıq şəkildə bildirir ki, belə hallarda həmin şəxslər müsahibəyə qatılmamalıdır. Lakin komissiya buna baxmayaraq fəaliyyətini davam etdirib”, – Qarayeva müraciətində yazır.

Şəffaflıq prinsiplərinin pozulması

Şikayətçi qeyd edir ki, müsahibə prosesi obyektivlik və şəffaflıq prinsiplərindən uzaq şəkildə aparılıb və nəticədə dövlət qulluğuna qəbulun ədalətli həyata keçirilməsinə ciddi zərbə vurulub:

“Komissiya üzvlərinin şəxsi maraqları və əlaqələri dövlət idarəçiliyində ədalətə təhlükə yaradır. Bu, dövlət sisteminə inamı sarsıdır və qanun aliliyinə qarşı təhdid deməkdir.”

Apellyasiya mərhələsi də cavabsız qalıb

Roza Qarayeva bildirir ki, məsələ ilə bağlı Dövlət Qulluğunu İdarəetmə Şurasına etdiyi apellyasiya müraciəti də cavabsız qalıb. Onun sözlərinə görə, bu da hüquqlarının pozulması və ictimai etimadın zəifləməsi ilə nəticələnib:

“Apellyasiya prosesində şəffaflıq təmin edilməyib. Müraciətimə heç bir cavab verilməməsi dövlət qulluğuna inamı zədələyir.”


                      Nazirlik və DİM-dən açıqlama gözlənilir

Bakunews.az məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinə sorğu göndərib. Müraciətdə qeyd edilən iddialarla bağlı cavab alındıqdan sonra oxuculara əlavə məlumat təqdim ediləcək.(Bakunews.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam