Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Xırdalanda yerləşən 9 nömrəli məktəbdə valideynlərdən pul yığılır –VİDEO

media-9
Abşeron rayonu, Xırdalan şəhəri, 9 nömrəli tam orta məktəbdə valideynlərdən pul yığıldığı iddia olunur. “Xəzər Xəbər”in qaynar xəttinə müraciət edən valideynlər bu təhsil ocağında dərslər başlamamış təmir pulu yığımından təngə gəldiklərini iddia edirlər. 
Yenixeber.org: Məlumata görə, 9 nömrəli tam orta məktəbin Valideyn komitəsinin sədri vəzifəsini icra edən Aygül adlı xanım bununla bağlı sosial şəbəkədə yaradılan qrupda valideynlərə pulu karta və ya nağd şəkildə təqdim etmələrini istəyir.
Bu səs yazısından sonra bəzi valideynlər pulu vermədiklərinə görə Aygül adlı xanım qrupa yenidən səs göndərir. Bu dəfə isə tələb formasında.
Məsələ təmir pulu ilə də yekunlaşmır. Bu dəfə isə tort və gül pulu üçün vəsait tələb edir.
Daha sonra müəllimin ad günü üçün qızıl- zinət əşyalarının alınması üçün valideynlərdən pul istənilir.
Səs yazısında Aygül adlı şəxs tələb olunan vəsaiti verməyən valideynləri yenidən təkidlə pulu vermələrini istəyir. Bu dəfə isə söhbətdə direktor müavininin adı hallanır.
Məsələ ilə bağlı Valideyn komitəsinin sədri vəzifəsini icra edən Aygül adlı xanımla əlaqə saxladıq. O, bu halların məcburi olmadığını, təşəbbüs xarakterli olduğunu və təlimatların isə məktəb rəhbərliyi tərəfindən verildiyini bildirdi.
9 nömrəli məktəbin direktoru Qərənfil İbrahimova ilə əlaqə də saxladıq. O, bütün iddiaların əsassız olduğunu qeyd etdi.
Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinə də müraciət etdik. İdarədən “Xəzər Xəbər”ə bildirdi ki, məsələ araşdırılacaq.


 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam