Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

“Global STM” və “Aksaray” vətəndaşlardan pul toplayıb saxta qəbul sənədi verdi -Xaricdə təhsil FIRILDAĞI

media-944

Azərbaycanda fəaliyyət göstərən xaricdə təhsillə bağlı şirkətin vətəndaşları aldatdığı iddia olunub…
Yenixeber.org: Redaksiyamıza daxil olan məlumatda “Global STM” və “Aksaray” Xaricdə Təhsil şirkətlərinin çoxsaylı fırıldaqçılıqla məşğul olduğu bildirilir.
Qeyd olunur ki, sözügedən şirkətlərin sahibi Təbriz Zakir oğlu Əliyev xaricdə təhsil arzusunda olan çox sayda insanın fərdi məlumatlarının əks olunduğu sənədlər toplayıb. Həmin vətəndaşlardan pul da alan Təbriz Əliyev onları universitetlərə qəbul etdirəcəyi ilə bağlı vədlər verib. Xüsusilə Türkiyənin Qarabük Universitetindən saxta qəbul sənədləri əldə edərək onları aldadıb.

Bununla da yetinməyən Əliyev bir çox zərərçəkənin pasport və digər mühüm sənədlərini itirib. Gənclərin gələcəklə bağlı xəyallarını da darmadağın etdiyi bildirilən Əliyevdən şikayətçi olan vətəndaşlar pullarının və sənədlərinin qaytarılmasını, bu cür halların təkrarlanmaması üçün hüquqi tədbirlərin görülməsini tələb edirlər.(yeniçağ.az)

İddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam