Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI

Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI

201 saylı məktəbin direktoru Afaq Əliyevanın vəzifəsindən sui-istifadə hallarına yol verdiyini göstərən səs yazılarını yayımladıqdan sonra, vəziyyətdən çıxış yolu axtaran direktor həmin səs yazılarının guya ona aid olmadığını və montaj edildiyini bildirir.
Yenixeber.org: Səs yazıları ilə bağlı ekspertiza aparılmasını istəyir. Maraqlıdır, ekspertiza səs yazılarının ona aid olduğunu təsdiqləyəndən sonra Afaq Əliyeva öz qanunsuz əməllərinə don geyindirmək üçün hansı vasitələrə əl atacaq? Bunu zaman göstərəcək. Ancaq 201 saylı məktəbin direktoru Afaq Əliyevanın özbaşınalıqlarını əks etdirən növbəti video və səs yazılarını təqdim edirik. Belə ki, təqdim etdiyimiz videodakı müəllimlər, 201 saylı məktəbin 10d sinfinin Coğrafiya müəllimi və sinif rəhbəri Elmira Nəcəfovadır. Səs isə 8r sinfinin sinif rəhbəri, həmçinin məktəbin həmkarlar təşkilatının sədri Valeh Cəbrayılova məxsusdur.
Məhz Afaq Əliyevanın təhsil cinayətlərinə qarşı mübarizə apardığına görə, Svetlana Hüseynova onun təhdid, şantaj və böhtanlarına məruz qalıb, Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən çıxarılıb, bugünədək təqib olunmaqdadır.
Afaq Əliyevanın TəhsilMedia.Tv-də yayımlanan səs yazılarının eyni şəxsə məxsus olması isə heç bir şübhə doğurmur. Məhz buna görə Afaq Əliyevanın səsini inkar etməsi absurddur, səsləri dinləyən hər kəs bu eyniliyi təsdiq edir və direktorun inkarının onun növbəti oyunu olduğunu başa düşür.(tehsilmedia.az)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam