Redaktor seçimi
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Günün xəbəri

İsmayıllı məktəbində insident-Müəllimənin səs yazısı yayıldı

media-ism

İsmayıllı şəhər İsrayıl Həsənov adına 1 saylı tam orta məktəbdə şagirdlər arasında insident yaşanıb.

Yenixeber.org: Məlumata görə, insident mart ayının 13-də baş verib.

Belə ki, sözügedən tarixdə məktəbin 8A sinif şagirdi Nihad Qədirov sinif yoldaşı Adəm Məlikovun üzərinə stul atıb. Stulun dəmir hissəsi Adəmin əlini yaralayıb. Həmin şagirdlərin oxuduğu sinfin rəhbəri, eyni zamanda məktəbin ingilis dili müəllimi olan Gülnarə Qasımova hadisəni görsə də, uşaqlara tapşırıq verib ki, bu məsələni heç kim bilməsin. Sinif rəhbəri bu barədə Adəmin valideyninə və tibbi yardım göstərilməsi üçün təcili yardıma məlumat verməyib. Adəm isə məktəbdə olarkən xeyli qan itirib.

Hadisədən 2 saat sonra sinif rəhbəri şagirdləri evə yollayıb. Daha sonra o, valideynlərin olduğu vatsap qrupuna hədə-qorxu dolu mesajlar yazıb. G.Qasımova göndərdiyi səs yazısında valideynlərin bu məsələni gizlətməli olduqlarını deyib. Xəsarət alan şagirdə isə bildirib ki, bu barədə kimsə ondan soruşsa, sürüşüb yıxıldığını desin.

Məktəbin direktoru Gündüz Qədirov açıqlamasında bildirib ki, 8A sinfinin rəhbəri Gülnarə Qasımova sözügedən hadisə ilə bağlı ona məlumat verərkən Adəm Məlikovun tənəffüs zamanı yıxılaraq xəsarət aldığını deyib.(“Unikal”)


 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam