Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir

Mobil rabitə sektorunda sərfəli təklifləri ilə tanınan “Nar” telekommunikasiya mütəxəssislərini hazırlamaq istiqamətində layihələrini davam etdirir. Bu yöndə növbəti “Mobil rabitənin əsasları” təlimi Azərbaycan Texniki Universitetində (AzTU) keçirildi.

Yenixeber.org: Universitetin tələbələri “Nar”ın texniki heyətinin hazırladığı və keçdiyi bu təlim zamanı mobil texnologiyanın təkamülü, mobil rabitə şəbəkəsinin quruluşu, əşyaların interneti (IoT), 5-ci nəsil texnologiya, mobil rabitənin strukturu, naqilsiz transmissiya şəbəkəsi, mobil rabitədə tezliklər kimi mövzular haqqında biliklərə yiyələndilər.

“Nar” özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində paytaxtda və regionda universitetlərlə əməkdaşlıq edərək mobil rabitə sahəsinin yerli peşəkarlarını hazırlamağı və onların məzun olduqdan sonra uğurlu karyera qurmasını hədəfləyir. Bu təlimlər zamanı tələbələr “Nar”ın peşəkar texniki heyəti ilə ünsiyyətdə olaraq təkcə nəzəri biliklər deyil, həm də gələcək karyeralarının incəliklərini öyrənirlər.

“Nar”ın həyata keçirdiyi təhsilyönümlü sosial layihələr haqqında ətraflı məlumatı operatorun rəsmi saytından (nar.az) əldə edə bilərsiniz. 

 “Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.



 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam