Masallı Rayonu 3 saylı məktəbdə qanunsuzluqlar bitmir! -Gələn yoxlamalar niyə susur?
Masallı Rayon Vətən Qəhramanı İntiqam Əsgərli adına 3 sayli orta məktəb haqqında dəfələrlə şikayət yazsaq da, aidiyyatı qurumlar heç bir addım atmır. Problem həll edilmir. Artıq problem pik həddə çatıb və müəllimlər üsyan etməyə hazırdılar. Sabah bu məktəb haqda başqa xəbərlər yazsaq heç də təəccüblənməyin. Çünki qanunsuzluq həddi aşdığı halda yoxlamalar buna göz yumur və heç bir tədbir görmür. Məktəb dərəbəyliyinə çevrilib. Özbaşınalıqlar bitib tükənmək bilmir.
Yenixeber.org: 8 qırmızı attestata sahib olan bu məktəbin (onu da qeyd edək ki, bu attestat altısı bir sinifə aiddir və bunun içində Hakim bəyin heç yerdə işıqlandırmağa qoymadığı 692 balla Universtetə qəbul olan Amin Əsədullayev də var)..qəsdən dağıdılması nəzərdə tutulur.
Dərsə gəlməyən müəllimə dərs yazılırdı. Tiktokda oturan bu müəllim işdən çıxdı. Amma dərsi direktor Hakim Qurbanov öz adına yazdırıb ki, yenə də ona gələn maaş kənara getməsin. Belə ki, dostu Ülvi Məmmədova yazdırıb ki, sabah üzünə durmasın. Məktəbə gələndə dərs bölgüsü olduğu halda, ehtiyacı olan müəllimin dərs saatını kəsib özünə dərs saatı düzəldib və fakultətivləri də özünə yazıb.
Nailə Esədullayev 11 jurnalını bağlamayıb qiymətləndirmədən tələsik təlimə göndərilir. (65 yaşı tamam olmuş müəllimin nə işi var təlimdə? ) Təhsil sektoru hara baxır?
Hakim Qurbanov guya güc göstərir ki, mən istədiyimi edirəm və mənə heç kim heç nə edə bilməz. Bu insan bu gözəl 8 qırmızı attestat olan məktəbi dağıtmaq üçün göndərilib. Çünki əvvəl olduğu məktəb fermatipli tikili ilə iç-içə olub və Hakim bəy bu məktəbi də onunla bir tutur..
Müəllimlər məktəbə gəldiyi halda hədə-qorxu gəlir ki, dərsinizi kəsəcəm.
Halbuki indiyə kimi dekabrda ərizə verən Ruslan müəllimin adı hələ də cədvəldədir və dərsinə kimsə girmir. Hətta bu siniflər 9a və 9b - buraxılış siniflər idi. Bu sübutludur. Rayon təhsilindən gələn yoxlama bu faktları görüb çəkib heç bir tədbir görmür. Yəni çox gözəl xəbərləri var. Bilə-istəyə tədbir görmürlər. Bu məktəbə yoxlama gəlməsi mütləqdir.
Bu hərəkətlərə görə dərsə gəlməyən müəllim onları rəsmi prakraturaya da verib. Amma Təhsil buna göz yumur.
Hakim Qurbanov isə mənə kimsə nəsə edə bilməz deyə otağına kamera qoydurub adamlara istədiyi kimi hədə-qorxu gəlir. Kim baş qaldırıbsa, ağ kağıza müəllim ad soyad yazıb müəllimlərə zorla, aldatmaqla qol çəkdirib (bu qanunula qadağandır) Bunun da sübutu var, çünki qol çəkənlər çoxu sonradan zorla çəkildiyi üçün etiraz edib. Belə ki, ora ne yazılacağını bilmirdilər və zorla qol çəkdikləri vərəqə nə yazıldığını eşidəndə etiraz ediblər.
Müəllimləri yalandan ağ kağıza qol çəkdirir guya SİMA proqramından keçirmək üçün lazımdır. Sonra kağıza istədiklərini yazır.
Qanunsuz şəkildə bufet işlədir və bufetdən gündəlik pul tələb edir.
Məktəbə şagird yazdırmaq istəyən valideynlər olduğu halda yer yoxdur deyərək heç bir şagirdi qəbul etmir, amma məktəbdən atılan, bıçaqlama hadisəsinə qarışan şagirdi dərhal məktəbə alır. Səbəb nədir?
Artıq hər kəs üsyan etmək həddinə gəlib çatıb. Mütləq adiyyatı qurumlar problemi yerindcə həll etməlidir.(tehsilmedia.az)