Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Direktor Elşad Quliyev jurnalistdən "qorxub", "blok" etdi - Qazax Dövlət Sosial-İqtisadi Kollecində nə baş verir? -DE-FAKTO

Elşad Quliyevin direktoru olduğu Qazax Dövlət Sosial İqtisadi Kolleci ilə bağlı saytımıza bəzi faktlar daxil olub.

Yenixeber.org: Email ünvanımıza göndərilən məlumatda kollecdəki müəmmalı tenderlər, pulun gücünün hökm sürməsi və Elşad Quliyevin İcra hakimiyyəti ilə  bağlı...

            Müəmmalı tenderlər...

Burada satınalmalar qanunla müəyyən olunmuş qaydada keçirilmir,direktorun əvvəlcədən sövdələşdiyi 
şirkətlərlə formal müqavilələr bağlanılır və külli miqdarda vəsaitlər kotirovka yolu ilə "əridilir". Onlardan bir neçəsini diqqətinizə çatdıraq.

Dəftərxana və təsərrüfat mallarının satın alınması üzrə 19.539.8 AZN dəyərinə satınalma müqaviləsi 06.12.2023-cü il tarixində “AZİMUT TƏCHİZAT”MMC-lə bağlanılıb.

MMC 13.02.2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat,qanuni təmsilçisi Cəfərova Gülnarə Zair qızıdır.

MMC-nin fəaliyyəti ilə bağlı heç bir məlumat yoxdur.İnformasiya texnologiyaları avadanlıqlarının və lisenziyaların satın alınması, mətbəə məhsullarının satınalınması, mühafizə avadanlıqları, katriclərin doldurulması xidməti kimi müxtəlif lotlar üzrə keçirilmiş kotirovka sorğularının qalibi olub. Bir çox səhiyyə,təhsil,mədəniyyət qurumlarının keçirdiyi şübhəli satınalmalarda adı hallanır.

Maşın və avadanlıqların satın alınması üzrə 15.999.62 manat dəyərində satınalma müqaviləsi 
06.12.2023-cü il tarixinə “STRİX”MMC ilə bağlanılıb.MMC 22.09.2017-ci ildə dövlət qeydiyyatına  alınıb.

Nizamnzmə kapitalı cəmi 5 manat təşkil edir.Qanuni təmsilçisi Şirinov Pərvaz Rafael oğludur.MMCnin fəaliyyət sferası ilə bağlı heç bir məlumat yoxdur.Maşın və avadanlıqların satınalınması, Məişət və İKT avadanlıqlarının satınalınması kimi müxtəlif lotların keçirilmiş kotirovka sorğularının qalibi olub.Bu MMCnin də müxtəlif qurumların keçirdiyi şübhəli satınalmalarda adı hallanır.
Cari təmir işlərinin satınalınması üzrə 28.010.9 manat dəyərinə satınalma müqaviləsi 01.11.2023-cü il 
tarixinə “QLOBALSERVİSE”MMC ilə bağlanılıb.
MMC 28.11.2022 ci ildə qeydiyyata alınıb.

Nizamnamə kapitalı cəmi 10 manat,qanuni təmsilçisi Hüseynov 
habil Qabil oğludur.Bu MMC-nin də fəaliyyət sferası ilə bağlı heç bir məlumat tapılmadı.Dövlət Vergi 
Xidmətinin məlumatlarında vergi ödəyicisinin fəaliyyətinin dayandırıldığı göstərilir.
Qeyd edək ki kollecin 2022 ci ildə satınalma müqaviləsi bağladığı “VARİANT-SEVİS” və “ORLANDO 
AZ”MMC-lərinin də Dövlət Vergi Xidməti tərəfindən ləğv edildiyi göstərilir.Dövlət satınalma haqqında 
qanunun demək olar ki bütün tələblərini pozan bu MMC-lərlə Elşad Quliyevi birləşdirən maraqlar nədir?
Təbii ki asan yolla dövlətin puluna yiyələnmək və varlanmaq.

İddiaya görə, Varlanmaq demişkən araşdırmalardan o da məlum olub ki, Elşad Quliyev Qazaxda hər küçədə bir obyekt və ev sahibidir.

Saytımıza daxil olan daha bir məlumatda iddia edilir ki, Elşad Quliyevin pulla təhsil ocağında problemi yaranan tələbələrin "problemini həll edilir"

İddiaya görə,  bir müddət əvvəl  Gədəbəydən bir nəfər orta yaşlı müəllim dostu ilə söhbət zamanı  qəflətən  telefonuna zəng gəlib ki, təcili olaraq Qazax kollecinə gəlməlidir ya işini gəlib həll etməli, ya da kollecdə təhsil alan gəlini dərslərdə iştirak etmədiyinə görə kursda qalacaq.

Məlumatın davamında deyilir: "Danışıq qısa çəkdi telefonun qulaqcığından eşitdiyim qədəri ilə Zəng edən bir xanım idi, soruşdum ki nə haqq hesabdı müəllimin dərdi açıldı.

Maddi imkanının olmadığını, məcburiyyətdən qayıb və imtahana görə Elşad Quliyevə pul ödəməli olduğunu deyib".

"Mersedes" həvəskarı direktorun bir neçə bahalı mersedes markalı maşınları da var.

Cəmi 568 manat maaş alan direktor Bakıda xeyli sayda mənzillərə də sahibdir. 

Maraqlı tərəfi isə həmin obyekt və mülklərin E.Quliyevin qalmaqallı  həyat yoldaşı Xanım Quliyevanın adına rəsmiləşdirilməsidir.

Qeyd:

Direktor Elşad Quliyevin həyat yoldaşı Xanım Quliyevanın sosial səbəkələrdə qalmaqallara səbəb  olan görüntüləri yayılmışdı.  Uyğun olmadığına gorə saytda dərc etməyi lazım bilmədik.

Xatırladaq ki, yerli mediada gedən məlumatlara görə,  jurnalistlər bəzi məsələlərlə bağlı Dəfələrlə kolleclə əlaqə saxlamağa çalışsa da ya zənglərə cavab verilməyivb ya da özünü direktorun 
katibəsi kimi təqdim edən şəxs direktorun İcra hakimiyyətində olduğunu saat 4 dən sonra işə gələcəyi qeyd edilib.

Maraqlıdır, təhsil ocağının direktorunun icra hakimiyyətində günorta çağı hansı vacib işi olub?

Bütün bu məsələrə aydınlıq gətirmək üçün Qazax Dövlət Sosial İqtisadi kolleci tərəfindən sorğumuz cavabsız qaldı. Hətta Elşad Quliyev əməkdaşımızın səxsən özünə ünvanladığı suallara görə nömrəni bloka atdı...(32gün.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam