Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Emin Əmrullayevdən Qarabağ Universiteti ilə bağlı -MÜHÜM AÇIQLAMA

“Bilik yarışlarında iştirak edən şagirdlərin sayı artır. Bu, çox sevindirici haldır. Respublika fənn olimpiadalarında iştirak edən şagirdlərin sayı artıq 40 minə yaxındır”.

Yenixeber.org xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev Ümumilli lider Heydər Əliyevin anadan olmasının 101-ci il dönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsaqibəsi qaliblərinin mükafatlandırılması mərasimində deyib. 

Nazir qeyd edib ki, təbii ki, Nazirliyin yeganə işi bu deyil:

“Bizim əsas məqsədimiz abituriyentlərin qəbul imtahanlarında topladığı ballar deyil, onların əsl vətəndaş kimi yetişmələridir. Bilik yarışlarında iştirak etmək çox önəmlidir. Ən istedadlı şagirdlərimizin bu yarışda iştirak etməsi, onu göstərir ki, onlar fənnlərlə yanaşı, şagirdlərimiz öz tarixlərini də gözəl bilirlər. Müsabiqə qaliblərini təbrik edirəm. Bu müsabiqəyə qatılan hər bir azərbaycanlı qalibdir”.

Emin Əmrullayev Qarabağ Universiteti ilə bağlı da danışıb:

“Bir neçə aydır ki, Qarabağ Universitetinin bərpası istiqamətində işlər aparırıq. Biz yeni universitet yaratmırıq, Qarabağda olan ənənələri davam etdiririk. Qarabağ Universiteti aylardır ki, təmir olunur. Təbii ki, ali təhsil müəssisəni qurmaq üçün aylar yox, illər lazımdır. Lakin mən düşünürəm ki, universitetin keyfiyyətini formalaşdıran məhz onun tələbələridir. Buna görə də mən fürsətdən istifadə edib, müsabiqə qaliblərini Qarabağ Universitetinin tələbəsi kimi görməyi arzu edirəm”.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam