Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Nobel mükafatlı professor Azərbaycanda rektorun müşaviri -TƏYİN EDİLDİ

 

Nobel Mükafatı Laureatı, professor Məhəmməd Yunus Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) rektorunun müşaviri təyin edilib.

Yenixeber.org xəbər verir ki, bu barədə UNEC rektoru Ədalət Muradov məlumatı yayıb.

O qeyd edib ki, Muhammad Yunus UNEC Rektoruna müraciət edib.

"Müraciətində professor Məhəmməd Yunus UNEC Rektorunun sosial biznes məsələləri üzrə müşaviri kimi UNEC missiyasına töhfə vermək istəyini bildirir. Müraciətini nəzərə alaraq Nobel Mükafatı Laureatı, professor Məhəmməd Yunusu bu gün UNEC Rektorunun müşaviri təyin etdim.

UNEC-ə göstərdiyi etimad və dəstəyə görə Nobel Mükafatı Laureatı, professor Məhəmməd Yunusa öz adımdan və UNEC kollektivi adından təşəkkür edirəm", - rektor bildirib.

Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunus 1940-cı ildə anadan olub. Banqladeşli professor ilk dəfə olaraq 2016-cı ildə ölkəmizdə olub.

Professor Məhəmməd Yunus 20 fərqli ölkədən olan universitetlərdə 55 fəxri dərəcəyə, həmçinin 26 ölkənin 112 mükafatına, o cümlədən 10 ölkənin dövlət mükafatına layiq görülüb. O, ABŞ Prezidentinin Azadlıq medalını və ABŞ Konqresinin qızıl medalını almış yeddi şəxsdən biridir. Onun adı “Son 25 ilin ən nüfuzlu biznes adamları”, “Dövrümüzün 12 dahi sahibkarları”, “Top 100 intellektual şəxslər” kimi önəmli siyahılarda da çəkilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam