Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Kolleclərə direktor təyinatı qaydası dəyişdi

Nazirlər Kabineti “Dövlət və bələdiyyə tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edib.

Yenixeber.org-un xəbərinə görə, indiyə qədər orta ixtisas təhsili müəssisəsinin cari fəaliyyətinə Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi direktor rəhbərlik edib.

Dəyişikliyə əsasən, bu vəzifəyə təyinat qaydası dəyişir. Beləliklə, orta ixtisas təhsili müəssisəsinin cari fəaliyyətinə direktor rəhbərlik edəcək.

Hər bir orta ixtisas təhsili müəssisəsinin sayı həmin orta ixtisas təhsili müəssisəsinin nizamnaməsi ilə müəyyən edilən prorektorları deyil direktor müavinləri olacaq. Direktor müavinlərini, orta ixtisas təhsili müəssisəsinin təqdimatı əsasında, tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə təyin edir.

Direktor olmadıqda, orta ixtisas təhsili müəssisəsinin fəaliyyətinə rəhbərliyi tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə tərəfindən müəyyən edilən direktor müavini həyata keçirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam