Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Təhsil insan ömrünü uzadırmış -ARAŞDIRMA

 

Təhsil ömrü uzadır. Norveç Elm və Texnologiya Universiteti və Vaşinqton Universitetinin alimləri bununla bağlı araşdırma aparıblar.

Yenixeber.org xəbər verir ki, araşdırma nəticəsində məktəbdə və universitetdə keçən hər ilin ömrü uzatdığı məlum olub. Əvvəlcə ilk dəfə təhsil müddəti ilə gözlənilən ömür arasındakı nisbət hesablanıb. ABŞ və Böyük Britaniya kimi sənayeləşmiş ölkələrdən, Çin və Braziliya kimi inkişaf etməkdə olan dövlətlərdən toplanan məlumatlarda hər il formal təhsilin ölüm riskini iki faiz azaltdığı aşkar olunub.

Yanvarın 23-də “Lancet Public Health” elmi jurnalında dərc olunan araşdırmada vurğulanır ki, ibtidai və orta məktəb, lisey və universitet təhsilini başa vurmaq ömür boyu sağlam qidalanmağa bərabər faydalar verir. Bundan əlavə, magistr dərəcəsi olan insanların ölüm riskinin təhsilsizlərlə müqayisədə 34 faiz azaldığı da məlum olub. Digər tərəfdən, 10 il məktəbə getməmək hər gün yerinə yetirilən zərərli vərdişlərin verdiyi ziyana bərabər tutulur.

Araşdırmanın həmmüəlliflərindən biri, Norveç Elm və Texnologiya Universitetində fəaliyyət göstərən Terje Andreas Eikemo təhsilin sağlamlığa ciddi təsirləri olduğuna diqqət çəkib. Bildirib ki, təhsil təkcə sağlamlıq baxımından əhəmiyyətli deyil, həm də insan ömrünü uzadan önəmli amildir.

Britaniyada yerləşən Səhiyyə Fondunun nümayəndəsi David Finch diqqətə çatdırıb ki, təhsil daha yaxşı sosial əlaqələr qurmağa kömək edir və insanların qərar qəbuletmə qabiliyyətini artırır.

Vaşinqton Universitetindən Claire Henson təhsillə gözlənilən ömür arasındakı əlaqəni belə izah edir: “Təhsil almaq imkanı insana sağlam həyat tərzi yaratmağa imkan verir və onu saxlamaq qabiliyyətini əhəmiyyətli dərəcədə təkmilləşdirir. Ali təhsil maliyyə və sosial resursları artırır. Təhsilə sərmayə qoymaq əhalinin sağlamlığı üçün mühümdür və siyasətçilər təhsil siyasətini formalaşdırarkən bu təsiri nəzərə almalıdırlar. (Azərtac)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam