Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Elm və Təhsil Nazirliyinin “əsaslı” təmiri... - Göyçayın kəndində sinif otaqlarında siçanlar gəzişir -DE-FAKTO

      Elm və Təhsil Nazirliyinin “əsaslı” təmiri... -
Elm və Təhsil Nazirliyi 2024-cü ildə 32 təhsil müəssisəsində təmir-tikinti işləri aparacağını açıqlayıb.
Yenixeber.org: Keçən il say daha çox olmuşdu. Hər halda nazirlik bildirir ki, 2023-cü ildə 40 təhsil müəssisəsi əsaslı təmir olunub. Dövlət qurumu konkret hansı təhsil ocaqlarından danışıldığını gizlədir. Yəni bilmək olmur ki, hansı müəssisələr hansı səviyyədə təmir olunub.
Ölkədə yüzlərlə orta məktəb binasının ya əsaslı təmirə, ya da yenidən inşaya ehtiyacı var. Sosial platformalarda xüsusilə kənd məktəblərinin acınacaqlı durumu ilə bağlı yazılır, fotolar paylaşılır. İfadə kobud da çıxsa, binaların bəzisi tövlədən fərqlənmir. Bölgələrdə baxımsız təhsil müəssisələri çoxdur. Elm və Təhsil Nazirliyi bununla bağlı konkret statistika ortaya qoymur. Yalnız görülən işlərdən danışılır. Bunun da hansı səviyyədə həyata keçirildiyini bilmirik.

Jurnalist Günel İsayeva deyir ki, Göyçayın Mırtı kəndindəki məktəb binasının bərbad vəziyyətdə olmasıyla bağlı iki il ardıcıl Elm və Təhsil Nazirliyinə müraciət edib. Nəticədə lazımi nəticə hasil olmayıb.

“Ötən il təmir adı ilə dam örtüyünü dəyişdirib guya əsaslı təmir-tikinti işləri aparılmış kimi qeyd etdilər. Əminəm ki, bu 40 rəqəminin içində o məktəb də var. İndi düşünün ki, o 40 məktəb necə və nə cür təmir olunub. Bu gün uşaqlardan soruşuram ki, məktəbdə durum necədir? Uşağın biri dedi ki, dərsin ortasında ayağımın üstündən siçan gəlib keçdi. Digəri deyir ki, partanın üstündə də gəzirlər. O biri deyir ki, sinif otağında 8 siçan balası ilə birgə dərs keçirik.

Ay hörmətli, Elm və Təhsil Nazirliyi, Mırtı məktəbində sinif otaqlarında şagirddən çox siçan balası var. Bəlkə təmir işlərini binanın özündə də, köhnə sinif otaqlarında da aparasınız? Sinif otaqları elə bil 41-45-dən qalıb. Nə tavan, nə döşəmə, nə də invertarlar yarayır təhsilə”.

Günel İsayevanın yazdığına görə, Mırtı kənd məktəbinin tualeti yoxdur. Taxta ayaqyolu çoxdan çöküb. Kişi müəllimlər özləri üçün tualet düzəltsə də, külək tikilini aşırdıb.

“Uşaqlar, müəllim kollektivi qalıb üfunət içində. Bir dəfə jurnalist kimi, sonra vətəndaş kimi yazdım, rəsmi məktublar, sorğu göndərdim, “çox tənqid etməyin, pessimist olmayın, tikiləcək” dediniz. Nə oldu? Bir dam örtüyü dəyişməklə yamaqlı məktəb əsaslı təmir-tikinti olur? Şəffaf olun, Mırtı kənd tam orta məktəbinin təmirinə nə qədər vəsait xərclədiz?”

Jurnalist haqlı olaraq vurğulayır ki, bu işə məsul şəxslərin heç biri uşağını elə məktəbdə oxutmaz. O şərtlərlə verilən təhsildən hər hansı keyfiyyətli gələcək gözləməyə dəyməz.(Bizimyol.info)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam