Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Bu il açılacaq yeni universitetlər… -Ekspert

2024-cü ildə ölkə təhsilində bir çox mühüm hadisələrin olacağı gözlənilir.

Yenixeber.org xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov deyib.

“Əlbəttə ki, ən böyük tarixi hadisə Qarabağ Universitetinə qəbul və universitetdə tədrisin təşkili olacaqdır. Xankəndi küçələrində Azərbaycan tələbələrini düşünmək, oradakı dərslərdən məlumat almağın düşüncəsi belə möhtəşəmdir.

2024-cü ildə, nəhayət, “Ali təhsil haqqında” qanunun qəbul olunması gözlənilir ki, bu da çox vacib məsələdir. Bu ili müəllimlərin sertifikasiya ili də hesab etmək olar. Nəzərə alsaq ki, bağça müəllimləri də bu prosesə cəlb edilir, bu il “imtahan olunan müəllimlər”in sayı və əhatəsinin genişlənməsi gözlənilir.

2024-cü ildə ali təhsil müəssisələrinə qəbul plan yerləri əvvəlki illərlə müqayisədə artaraq, 60 mindən çox olacaq ki, bu da ali təhsilin əlçatanlılığının təmin olunmasına xidmət edəcək”, - Kamran Əsədov bildirib.

Onun sözlərinə görə, 2 əsas qayda var ki, həyata keçməsi mühümdür:

“Onlardan biri diplomların tanınması ilə bağlı qaydaların tətbiqidir. Belə ki, xarici ölkələrdə təhsil alan, amma diplomu müddət azlığına görə tanınmayanlara Azərbaycan universitetlərində kredit tamamlama və qismən tanınma qaydasının tətbiqinin genişlənməsi - 4 ixtisasdan əlavə - gözlənilir. İkinci vacib hadisə ali təhsil müəssisələrində hazırlıq qruplarının yaradılmasıdır.

2024-cü il həm də beynəlxalq şagird qiymətləndirmə imtahanları üçün mühüm ildir. Belə ki, bu il IELS 2025-in sınaq mərhələsi, TALIS 2024-ün əsas mərhələsi, PISA 2025-in sınaq mərhələsi keçiriləcək. Ali təhsil müəssisələrinin beynəlxalq reytinq cədvəlində irəliləyiş əldə etməsi üçün bu il çox vacibdir. Çünki reytinq cədvəli ilə bağlı dövlət proqramında nəzərdə tutulmuş müddət azalır. Təhsil sistemində struktur dəyişikliklərinin olacağını da 2024-cü ildə gözləmək olar. Belə ki, Bakı şəhəri Təhsil İdarəsinin əvəzinə Bakı rayonlarının birləşəcəyi 4 təhsil idarəsinin yaradılması mümkündür. Ölkəmizdə həm yeni universitetlər (İtaliya-Azərbaycan, Türkiyə-Azərbaycan), həm də bölgələrdə ADA Universitetinin yeni filial-mərkəzləri (Gəncə şəhərində, Şəki şəhərində) açılacaqdır. Bu il beynəlxalq fənn olimpiadalarından da gözləntilər böyükdür”.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam