Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

83 SAYLI MƏKTƏBDƏ ÇƏTINLIYI ARTIRILMIŞ MƏSƏLƏLƏR -DE-FAKTO

Yenixeber.org: Bəllidir ki, repetitorluq şagirdləri məktəb mühitindən uzaqlaşdırıb. Buna görə məktəblərdə dərsə davamiyyət çox aşağıdır. Artıq şagirdlər ixtisas qruplarına uyğun fənləri oxuyurlar. Bu isə şəxsiyyətyönümlü təhsillə ziddiyyət təşkil edir, məktəbin əhəmiyyətini azaldır.

Bir çox məktəblərdə yuxarı siniflərdə davamiyyət ümumiyyətlə yox dərəcəsindədir. Məktəb sanki formal olaraq attestat satan quruma çevrilib. Məktəbdə dərs deməyən, yalnız öz evində və ya tədris mərkəzlərində repetitorluq edən müəllimlərə sözümüz yoxdur. Acınacaqlı budur ki, müəllim şagirdinə məktəbdə dərs saatlarında aldığı maaş müqabilində öyrətmədiyi fənni evində əlavə pul hesabına təlim edir. Dərsdənkənar məşğələlər də “yoxa çıxıb”. Belə formalaşan biznesin başında çox vaxt elə məktəb direktorları özləri dururlar. Məktəb dərslərinin yalnız formal olaraq kağız üzərində qaldığı ilə hamı barışdığından, direktorlar peşəkarlıq səviyyəsi aşağı olan, qeyri-ixtisaslı qohumlarını, yaxınlarını müəllim vəzifələrinə götürüb məvaciblərini bölürlər. Repetitorluq edən müəllimlər məktəbdə axırıncı dərs saatının zənginin vurulmasını səbirsizliklə gözləyirlər ki, evdə şagird qarşılamağa tələssinlər. Yaxud da, rəsmi dərs saatları başa çatandan sonra elə məktəbin özündəcə otaqları direktordan icarəyə götürüb ali məktəbə hazırlaşan şagirdlərə repetisiya keçirlər.

Paytaxtda belə neqativ halların hökm sürdüyü ümumtəhsil müəssisələrindən biri də Binəqədi rayonundakı 83 saylı tam orta məktəb-liseydir. Redaksiyamıza daxil olan məlumata görə, direktor Almaz Bayramova elə məktəbin özündəcə qeyri-dərs saatlarında repetitorluq edən müəllimlərdən hazırlaşdırdıqları şagirdlərin sayına görə 10 manatdan icarə haqqı alır. Məsələn, bir müəllim-repetitor əgər 10 nəfər şagird hazırlaşdırırsa, məktəb rəhbərliyinə aylıq 100 manat icarə haqqı ödəyir. Bildirildiyinə görə, bu pulların yığılması işinə Sevinc adlı sinif rəhbəri baxır. Nə qədər paradoksal görünsə də, Sevinc müəllimə ibtidai sinif müəllimidir. Yeri gəlmişkən, Almaz Bayramovanın özünün də ixtisası ibtidai sinif müəllimidir, «IV siniflərdə riyaziyyatdan çətinliyi artırılmış məsələlər» adlı metodik vəsaitin müəllifidir. Amma görünən odur ki, Almaz müəllimə 83 saylı məktəbə rəhbərlik edəndən çox məsələnin çətinliyini artırıb.

 

Məlumatları dəqiqləşdirmək üçün 83 saylı məktəbin direktoru ilə əlaqə saxlamaq cəhdimiz uğurlu alınmadı. Yalnız direktorun katibəsi ilə telefon əlaqəsi yaradıb, suallarımızı məktəb rəhbərinə çatdırmağını xahiş etdik. Çatdıracağını vəd etsə də, sonradan nə direktordan,  nə də katibədən səs-soraq çıxmadı.

Biz yenidən rəhbərliyə zəng vuranda katibə xanım bildirdi ki, baş idarədən bizə dedilər ki, qoy bizə müraciət etsinlər. Elə isə buyurun Mehriban xanım, söz sizindir…

 

Heç bir valideyn pulunun artıq olduğunu nümayiş etdirmək üçün övladını repetitor hazırlığına göndərmir. Bunu reallıq tələb edir. Bəzi müəllimlər dərsləri sinifdə yox, repetitor xidmətində daha yaxşı öyrədir. Niyə sinifdə yaxşı öyrətmirsiniz, repetitor olanda yaxşı öyrədirsiniz? Eyni müəllim deyilsiniz? Yaxud da, həmin kitab və ya həmin məktəb deyil? Buna görə də valideynlər yoxsullaşır. Repetitorlara verilən pulu valideyn uşağının geyiminə və ya qidalanmasına xərcləyə bilər. Nə üçün dövlətin yaratdığı şəraitlərin içərisində repetitor fəaliyyəti bu qədər geniş vüsət alıb? Repetitor xidmətinin hesabına məktəblərdə direktorlar varlanırlar. Əgər müəllim öz peşəkarlıq səviyyəsindən arxayındırsa və maaşı onu qane etmirsə, seçim etməlidir – ya məktəb, ya da repetitorluq fəaliyyəti!

Mövzunu davam tdirəcəyik.(Deryaz.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam